“Qarabağ”ın rəhbərliyi, məşqçiləri həmişə özlərini çox ləyaqətlə aparırlar” – İlham Əliyev

“Qarabağ”ın rəhbərliyi, məşqçiləri həmişə özlərini çox ləyaqətlə aparırlar” – İlham Əliyev
ÖLKƏ FUTBOLU 13 Dekabr 2021 / 15:10 3010
-  A +

“Mən bilirəm ki, “Qarabağ” klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm”. 

Qol.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gun “Qarabağ” klubunun üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazım olan halda işə salır və bunu mən alqışlayıram: “Ancaq o demək deyil ki, hər dəfə bizə qarşı belə biabırçı hadisə baş versin. Ona görə əminəm Avropa futbol ailəsində qəbul edilmiş qaydalar əsasında lazımi hüquqi addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın”.

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner