“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Prezident İlham Əliyevlə görüşdə çıxış edib.
Qol.az xəbər verir ki, o deyib:
“Cənab Prezident, Sizi bütün məşqçilərimiz, bütün futbolçularımız adından bir daha salamlayıram və yenidən Sizin qəbulunuzda olmaq bizim üçün çox xoşdur. Mən çox istəyirdim ki, Sizi 44 günlük müharibədəki şanlı Zəfərimizdən sonra üzbəüz təbrik edim. Sizə bütün futbolçularımız adından, öz ailəm adından təşəkkür edirəm. Bu Qələbə xalqımızın gücünü göstərdi. İndiyədək nə qədər bizim güclü, bacarıqlı övladlarımız olmuşdursa, bundan sonra düşünürəm ki, onların sayı qat-qat çox olacaq. Əlbəttə, bizim hər dəfə bu qalibiyyətlərimizə belə dəyər verdiyiniz və bizə güc-qüvvət verdiyiniz üçün Sizə təşəkkür edirəm. İnanın, biz həmişə düşünmüşük ki, azarkeşlər üçün futbol oynayırıq, xalqımız, ölkəmiz üçün futbol oynayırıq. Həmişə çalışmışıq ki, özümüzü düzgün, doğru idarə edək, ən başlıcası, oyunda nizamlı, intizamlı aparaq. Hər dəfə də görəndə ki, Siz uğurlarımıza, bizim davranışımıza bu cür dəyər verirsiniz, inanın ki, məsuliyyətimiz, istəyimiz, gücümüz daha da çoxalır. Mən həmişə Sizin fikirlərinizi, bizə necə dəyər verdiyinizi futbolçulara çatdırıram. İnanın ki, bununla biz daha da inamlı oluruq. Son oyunda hakimin səhvindən sonra, elə orada mən öz müsahibəmdə bildirdim ki, bizə qarşı böyük bir ədalətsizlik olub. Amma bu, bizə daha da güc verir və bizi daha da ruhlandırır. Onların qarşısında bunu söylədim. Biz bu cür ədalətsizlikləri dəfələrlə görmüşük. Ancaq öz istəyimizlə, xarakterimizlə, birliyimizlə bundan sonra da belə daha inamlı və daha da ürəkli olmağa çalışacağıq. Həqiqətən bizim üçün çox xoş oldu. Çox sağ olun ki, bir daha bizi qəbul etdiniz və belə dəyər verdiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Biz futbolçu olaraq, “Qarabağ” klubu olaraq həmişə Sizin yanınızdayıq. Təşəkkür edirəm”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda