“Bütün qalibləri təbrik edirəm. İdmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzulayıram”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsinin mükafatlandırma mərasimində deyib.
7-ci dəfə ilin ən yaxşı baş məşqçisi mükafatına layiq görülən mütəxəssis bununla bağlı qeyd edib: “Dəfələrlə demişəm ki, bizim üstünlüyümüz o olmalıdır ki, daha çox öz işimizlə məşğul olaq, futbolçularımızın idman formalarını yaxşılaşdıraq, xalqımıza xidmət edək. Buna görə komandam haqda çox fikir bildirmək istəməzdim. Hər birinizə təşəkkür edirəm ki, komandamı qalib seçdiniz. Hər dəfə çalışdıq ki, mübarizə aparaq. Amma həmişə narahat idik. Amma torpaqlarımız işğaldan azad olunduqdan sonra futbolçularımız meydanda daha ürəkli mübarizə apardılar”.
Qurban Qurbanov ilin futbolçusu seçilən "Neftçi"nin kapitanı Emin Mahmudova daha əvvəl təklif göndərdiklərini bildirib: "Kamran Quliyevin açıqlamasından sonra inanmıram ki, yenidən bunu edək. Çünki Emin “Neftçi” üçün dəyərlidir. Amma yalan danışmayacağam. Daha əvvəl onu komandada görmək istəmişik, lakin uğurlu alınmayıb".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda