"Belə gözəl tədbiri həyata keçirdiyinizə görə çox sağ olun. Bu il hamımız üçün əlamətdardır. Bu il komandamız azad torpaqlarla meydana çıxdı. 8 dəfə ardıcıl avrokuboklarda oynamaqla Avropa ilk “18-lik”dəyik və bəzi nəhəng klubları geridə buraxmışıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsi üzrə qaliblərin mükafatlandırılması mərasimində deyib.
Funksioner bildirib ki, bu, Azərbaycan üçün tarixi ildir: "Heç bir nəslimiz bu illəri yaşamayacaq. Uğurun ən böyük memarı Qurban Qurbanova və Rəşad Sadıqova təşəkkür edirəm. Rəşad bizim klubda çox əziyyət çəkib. Bütün mükafat qazananları təbrik edirəm. Zəfərin memarı, “Qarabağ”ın ən böyük dəstəkçisi Prezident İlham Əliyevə təşəkkür edirəm. Biz onunla bu gün klubumuza olan ədalətsizlikdən danışdıq".
O, İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyununda Abdullah Zubirin vurduğu qolun qeydə alınmamasına da toxunub: "İradə və səbrlə yolumuza davam edəcəyik. Biz bir ailəyik. Bu dəyərlər bizi hər yerə götürəcək. O epizodu hamımız gördük, Cənab Prezident demişkən, buna səhv demək olmur. Milyardlarla büdcəsi olan UEFA bu qolu görmür. Çox şərh vermək istəmirəm".(report.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda