"Bazel"ə vurduğum qolun sayılmaması ədalətsizlikdir" - Abdullah Zubir

"Bazel"ə vurduğum qolun sayılmaması ədalətsizlikdir" - Abdullah Zubir
ÖLKƏ FUTBOLU 13 Dekabr 2021 / 13:32 3421
-  A +

"İkinci dəfə bu mükafatı qazanmaq xoşdur".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsi üzrə qaliblərin mükafatlandırılması mərasimində deyib.

Azərbaycanda ilin ən yaxşı əcnəbi oyunçusu seçilən 30 yaşlı yarımmüdafiəçi bildirib ki, bunun üçün xeyli əziyyət çəkib: "Bu, tək mənim yox, bütün komandanın uğurudur. Başda klub prezidenti, baş məşqçi olmaqla, sabiq kapitanımız Rəşad Sadıqovu da qeyd etmək istərdim. Bu kluba gələndə o mənim kapitanım olub. Həmin vaxt məni heç kim tanımırdı".

Təcrübəli oyunçu İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyununda vurduğu qolun qeydə alınmamasına da toxunub: "Həmin anda çaşqınlıq içində idim. Nə baş verdiyini anlamağa çalışırdım. Bütün hakimlərin görməməsini və qolun sayılmamasını ədalətsizlik hesab edirəm".

Bu gün keçiriləcək pley-off mərhələsinin püşkatması barədə də danışan Zubir əsas məqsədlərinin növbəti raunda adlamaq olduğunu söyləyib: "Rəqib bizim üçün o qədər də önəmli deyil. Yaxşı oyun göstərməliyik".(report.az)

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner