“Neftçi”nin qapıçısı Kamran İbrahimov klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, ki oyundur qapısını toxunulmaz saxlayan gənc futbolçu azarkeşlərlə əl-ələ verib çətin vəziyyətdən çıxacaqlarına inandığını bildirib:
- Bu mövsümədək əsasən əvəzedici komandada oynasan da, bu mövsümdən başlayaraq əsas komandanın qapısını qoruyursan. 1-i avrokubok olmaqla, artıq 6 matçda meydana çıxmısan. “Neftçi”nin əsas komandasının formasını geyinmək necə hissdir?
- Çox xoş hisslərdir. “Neftçi” kimi böyük və köklü komandanın heyətində şans qazanmaq həqiqətən də qürurvericidir.
- İki oyundur zədəli Aqil Məmmədovu layiqincə əvəz edirsən. Hər halda, 180 dəqiqə ərzində qapının toxunulmazlığını təmin edə bilmisən. Bu haqda təəssüratlarını bilmək istərdik.
- Bəli, əsas qapıçımız Aqil Məmmədov zədəli olduiğu üçün ardıcıl 2 oyuna çıxdım və qol buraxmadım. Bu çox gözəldir və özümə olan güvənimi artırır. Amma qapını toxunulmaz saxlamaq təkcə mənim yox, həm də rəqibə çoxlu qol epizodu yaratmaq şansı verməyən komanda yoldaşlarımın əməyidir. Buna görə onlara təşəkkür edirəm.
- Son iki oyunda qol buraxmasan da, komanda 2 xal itirib. Necə düşünürsən, Qəbələ səfərində qalib gəlib qış fasiləsinə major notlarla yollanmaq olar?
- “Sumqayıt”la matçda qol vura bilmədiyimiz üçün çox məyus olduq. Qarşıda çox oyun var. Mübarizəni sonadək davam etdirəcəyik. “Qəbələ” ilə görüşdə qələbə qazanıb çempionatın ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyədə hazırlaşmağa çalışacağıq.
- Son turlardakı nəticələr azarkeşləri qane etməsə də, qapıdakı etibarlı çıxışınla onların rəğbətini qazanmısan. Azarkeşlərə sözün varmı?
- Hər komandanın çətin dövrü olur. Biz də hazırda həmin dövrü yaşayırıq. Vəziyyətdən çıxmaq üçün komandada hər kəs əlindən gələni etməyə çalışır. Azarkeşlərimizə çox təşəkkür edirəm. Onların dəstəyini həmişə hiss etmişik. Onlardan xahiş edirəm ki, bizə olan inamlarını azaltmasınlar. İnanıram ki, azarkeşlərimizlə əl-ələ verib çətin vəziyyətdən birlikdə çıxacağıq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda