UEFA Mahir Emrelinin klubunu cərimələdi

UEFA Mahir Emrelinin klubunu cərimələdi
ÖLKƏ FUTBOLU 12 Dekabr 2021 / 12:32 2364
-  A +

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cəzalandırıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Varşava təmsilçisinin azarkeşləri səbəb olub.

Onlar "Legiya"nın Avropa Liqasının qrup mərhələsində evdə "Napoli"yə 1:4 hesabı ilə uduzduğu matçda priotexniki vasitələrdən istifadə ediblər. Buna görə də klub 40 000 avro məbləğində cərimələnib.

Xatırladaq ki, sözügedən qarşılaşmada "Legiya"nın yeganə qolunu Mahir Emreli vurub.

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner