"Qarabağ"ın futbolçusu Kevin Medina Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda "Bazel"ə uduzduqları matç (0:3) barədə danışıb.
Qol.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında fasilədən sonra da xorvatiyalı referi Fran Yoviçə Ağdam təmsilçisinin təmiz qolunu saymadığına görə müraciət etdiyini söyləyib:
"Görüşün əvvəlində qol vurduq, amma qeydə alınmadı. Bundan sonra mən hakimə yaxınlaşdım. Soruşdum ki, nəyə görə qolumuzu hesaba almadınız? O da epizodu görmədiklərini bildirdi. Fasilədən qayıdanda soruşdum ki, görüntüləri izlədiniz? Hakim epizodun təkrarına baxdığını dedi. Yenidən soruşdum ki, indi nə olacaq? Əlindən bir şeyin gəlmədiyini bildirdi. Hakimə dedim ki, qolu hesaba alsaydız, matç tamam başqa məcrada keçərdi və özümüzə inam artardı".
Kolumbiyalı oyunçu pley-off mərhələsindəki şanslarından da danışıb: "Növbəti mərhələdəki rəqibi seçmək bizim əlimizdə deyil. Kim düşəcəksə, onunla da qarşılaşacağıq. Amma “Qarabağ” olaraq həmişə istəyirik ki, ən güclü rəqiblə oynayaq. Püşkün bəxtimizə kimin çıxaracağını görəcəyik".
Medina "Qarabağ"la görüşdə dubl edən "Bazel"in hücumçusu Artur Kabral barədə də danışıb: "Onun səviyyəsi ortadır. Kabralın fiziki cəhətdən də güclü olduğunu qeyd edərdim. Hətta beli ilə qol vurdu. Açıq-aşkar deyə bilərəm ki, bu mövsüm qarşılaşdığımı ən güclü forvard məhz Kabral idi”.
Qeyd edə ki, xorvatiyalı baş hakim Fran Yoviç 2-ci dəqiqədə Abdullah Zubirin qolunu qeydə almayıb.
Bu gün Milan derbisi var
"Liverpul" onun üçün 80 milyon avro ödəməyə hazırdır
Alleqri "Real"ı çalışdıracaq?
Undav "Ştutqart"ın rekordunu təkrarladı
"Ən azı 1 xal qazanmağı hədəfləmişdik" - Siyasət Əsgərov
Küveytdən dönə bilmirdilər - Qayıtdılar
Kazemiro hansı kluba getməyi hədəfləyir?
"Roma"dan "Barselona"ya keçə bilər
"Real"ın müdafiəçisi sıradan çıxdı
"Liverpul" onun müqaviləsini yenilədi
İstanbul derbisinin heyətləri açıqlandı
Zədəli Ronaldodan xəbər var - Şəkil
Azərbaycan millisi Macarıstana məğlub oldu
Arda Güler matçın ən pis oyunçusu seçildi
"Arsenal" kubok oynunda qələbə qazandı
Noyer sıradan çıxdı
“Şəfa”nın yeni prezidenti açıqlandı
"Qış fasiləsindəki bəzi tələblərim reallaşmadı" - Saşa İliç
"Karvan-Yevlax"ın son dəqiqə qolu - Video
AFFA nümayəndələri UEFA-nın baş qərargahında
“Karvan-Yevlax” “Sumqayıt”la heç-heçəyə razılaşdı
"Arsenal" gənc oyunçulara şans verən ilk klub oldu
Flikdən Levandovski açıqlaması
“Mançester Siti”yə qarşı dominant olmalıyıq”
“Arsenal”dan ulduzları ilə bağlı qərar
"Karvan-Yevlax" - "Sumqayıt": Heyətlər
“Milan”dan Alleqri ilə bağlı addım
“Real”a azarkeş qalmaqalı ilə bağlı cəza verildi
Enrike: “Özünəinam supermarketdən alına bilən şey deyil”
Levandovski gələcəyindən danışdı
A seriyasının ən yaxşısı odur
Klub sahibi Messinin illik qazancını açıqladı
Azərbaycan millisi Macarıstana qarşı
Arda Güler Avropada 2-ci yerə yüksəldi
“Napoli” “Torino”nu məğlub etdi
“Liverpul” ilk 1/4 finalçı oldu