"Həm yaxşıyıq, həm də tam yaxşı vəziyyətdə deyilik. Amma əlbəttə, göstərdiyimiz nəticədən razıyıq. Bu gün qarşımızda duran minimum vəzifə yerinə yetirildi".
Bunu İsveçrə "Bazel"i ilə UEFA Konfrans Liqasının VI tur oyunundan qayıdan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
49 yaşlı mütəxəssis səfər matçında mövqe səhvlərindən qollar buraxdıqlarını bildirib: "İsveçrəyə həqiqətən də istəkli getmişdik. Qalib gəlmək niyyətində idik. Futbolçularımda bu istəyi ilk dəqiqələrdən gördüm. Oyuna çox yaxşı başlamışdıq. İki yolumuz var idi: Ya qalib gəlməli idik, ya da bundan da böyük hesab gözləyirdik. Ona görə də geri çəkilmədən yalnız irəli getməyi qarşımıza məqsəd qoymuşduq. Qol epizodları yaratdıqca futbolçularımız daha da həvəsə gəlirdi. Bu zaman bəzi texniki mövqe səhvlərimiz oldu və bundan da rəqib lazımınca yararlandı. Çünki onlar bunu çox yaxşı bacarırlar".
Qurbanov 2-ci dəqiqədə komandasının vurduğu təmiz qolu xorvatiyalı referi Fran Yoviçin hesaba almamasına belə reaksiya verib: "İnanın ki, insan belə xoş olmayan, çirkin halları çox da analiz etmək, bu barədə danışmaq istəmir. İki eyni səviyyəli və ya səndən bir baş üstün komanda oynayırsa, hakimin doğru olmayan kiçik qərarı nəticəyə çox böyük təsir edir. Qolumuz sayılsaydı, mənzərə tam əksinə ola bilərdi. Çünki rəqib də mütləq qol vurmalı idi. Nəticədə meydanda fərqli futbol oynanılacaqdı. Bizim oyunda hətta rəqibə qarşı belə hallara yol verilməsini istəmərəm. Dəfələrlə bildirmişəm ki, hakimlik ən çətin peşələrdən biridir, ən böyük ədalət elə orada gözlənilməlidir. İnanıram ki, öz hakimlərimiz Avropada oyunlar idarə etdikdə belə hallardan uzaq olacaqlar. Lakin istənilən halda çox böyük səhv idi".
Təcrübəli mütəxəssisin sözlərinə görə, "Qarabağ"ın əslən xorvatiyalı olan futbolçusu Filip Ozobiçin görüşdən sonra hakim həmyerliləri ilə dialoqu olub: "Yəqin ki, Filip özü daha geniş açıqlama verəcək. Həmin an hakimlərin boynuna heç nə qoymaq olmur. O vəziyyətdən də özlərini haqlı çıxarmaq istəyirlər. Qəribə və gülünc söz işlədiblər: "Bəlkə oyunçunun bədəni içəridə, ayağı xətdən çöldə idi"? Ozobiçin özü də pis olmuşdu. Mənim xorvat dostum, ətrafım yoxdur, sadəcə, futbolçum var. Onun bacarığından, dürüstlüyündən razıyam. Bir də Robert Prosineçki var, onunla da münasibətlərimiz çox yaxşıdır. O da ədaləti xoşlayan insandır. Mənə elə gəlir ki, bəlkə də bizdən çox onlar pis olublar".
Baş məşqçinin fikrincə, istənilən halda ildən-ilə daha da böyümək, futbolun dadını daha çox hiss etmək lazımdır: "Bundan ötrü nəticələr çox vacibdir. Bu günədək qrupda oynayır, ağır matçlar keçirirdik. Lakin cari mövsümdə futbolçularımız qrupdan çıxmağı bacardılar. Hər bir halda nəticəmizdən, taleyimizdən razıyıq".
O, pley-off üçün potensial rəqiblərin siyahısına baxdığını, lakin konkret hansı rəqibin düşməsinə dair fikrinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, rəqibdən asılı olmayaraq, hər iki komanda üçün çox vacib oyunlar olacaq: "İndidən nə isə deməyimiz düzgün çıxmaz. Xeyirlisi nədirsə, o da olacaq. İstənilən halda, pley-off mərhələsinə daha yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki, "Qarabağ"ın növbəti rəqibi dekabrın 13-də müəyyənləşəcək (Report).
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı