"Qarabağ"la matçda layiqli qələbə qazandıq" - "Bazel"in futbolçusu

"Qarabağ"la matçda layiqli qələbə qazandıq" - "Bazel"in futbolçusu
ÖLKƏ FUTBOLU 10 Dekabr 2021 / 14:34 2619
-  A +

“Bazel”in müdafiəçisi Fabian Fray Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Qarabağ”la keçiril oyunla (3:0) bağlı danışıb.

Qol.az xəbər verir ki, o, İsveçrə mətbuatına açıqlamasında layiqli qələbə qazandıqlarını bildirib:

“Layiqli qələbə qazandıq. Nəticədən razı qaldıq. Amma bunu böyük qələbə kimi bayram etməyə ehtiyac yoxdur. Çünki qarşıda bizi İsveçrə çempionatında oyun gözləyir. Özü də çox vacib matçdır. Buna görə də bu qələbəni həddən artıq qeyd etmədik”.

Xatırladaq ki, "Bazel" qrup lideri kimi 1/16 finala vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner