"Mənə elə gəlir ki, Mahir "Legiya"nın bu mövsüm göstərdiyi oyunun qurbanıdır. Mixneviçin istefaya göndərilməsindən sonra klubdakı alkoqol qalmaqalı Emreliyə böyük təsir edib".
Qol.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak "Weszlo" nəşrinə açıqlamasında deyib.
Hazırda Polşanın "Visla" klubunda çıxış edən müdafiəçi millimizin hücumçusu Mahir Emrelinin "Legiya"dakı durumundan danışıb. O, keçmiş komanda yoldaşı haqda yayılan spirtli içki qalmaqalı haqda da fikirlərini bildirib və Mahirin belə bir insan olmadığını qeyd edib:
“Onunla bu barədə danışdım. Həmin hadisədən çox təsirləndi. Xəbəri eşidən kimi əmin oldum ki, Mahir həmin qrupda olmayıb. Azərbaycanda mədəniyyətin necə olduğunu bilirəm. Futbolçular tez-tez əyləncə məkanlarını gəzirlər. Amma bu o demək deyil ki, içki içirlər”.
Jezniçak vaxtilə özü haqda da oxşar söz-söhbətlərin yayıldığını xatırladıb: “O vaxtlar bu məsələləri çox qabartmırdılar. Çünki nəticələr yaxşı idi. Oxşar təcrübələrim olub. Bu üzdən də Emreliyə məsləhət verməyə, onu ruhlandırmağa çalışıram ki, tənqidlər oyununa əks olunmasın. Ən çətin anlarda belə, performansımı təhlil edirdim. Əksər matçları yaxşı keçirirdim. Amma qol buraxmağımızla nəticələnən bir səhv etdim. Bu vəziyyət hücumçunun qol vura bilməməsi ilə bənzərdir. Dərhal qiymətləndirmə kəskin sərtləşir".
Qeyd edək ki, Yakub Jezniçak 2004-2017-ci ildə "Legiya"da, 2017-2019-cu illərdə isə “Qarabağ”da çıxış edib.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda