Bu gün Azərbaycan kubokunda 2021/2022 mövsümünə start verilib.
Qol.az xəbər verir ki, 1/8 finalda bu gün iki matç keçirilib.
Əvvəlcə "Səbail" 1-ci divizion təmsilçisi "Zaqatala"nın qonağı olub. Paytaxt təmsilçisi 3:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. Aftandil Hacıyevin komandası bu mərhələdə "Zirə" ilə qarşılaşacaq.
Günün digər matçında isə "Qəbələ" səfərdə 1-ci divizion təmsilçisi MOİK-lə üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib. Komanda 1/4 finalda "Sumqayıt"a rəqib olub.
Qeyd edək ki, 1/8 finalın digər 2 görüşü dekabrın 11-də oynanılacaq. Bu mərhələ 1 oyundan ibarət olacaq və qaləbə qazanan komandalar 1/4 finala yüksələcəklər.
10 dekabr
Azərbaycan Kuboku
1/8 final
17:00. MOİK – “Qəbələ” - 1:2
Qollar: İlham Allahverdiyev, 34 (1:0), Rövlan Muradov, 55 (1:1), Ülvi İsgəndərov, 88 (1:2)
Qırmızı vərəqə: Elşən Veysov (MOİK), 75
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rahil Ramazanov, Namiq Bəkirov
“Dalğa Arena”.
14:00. “Zaqatala” – “Səbail” - 1:3
Qollar: Mirsayib Abbasov, 48 (0:1), Roini İsmayılov, 57 (1:1), Əfran İsmayılov, 67-pen. (1:2), Mirsayib Abbasov, 90+2 (1:3)
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Rəhman İmami, Rəşad Əhmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.
11 dekabr
15:00. “Keşlə” – “Qaradağ Lökbatan”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev
ASK Arena
18:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Bank Respublika Arena
1/4 final cütlükləri
2 fevral
"Zirə" - "Səbail"
"Sumqayıt" /MOİK - "Qəbələ" cütünün qalibi
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda