Yığmamızın seçmə mərhələdəki rəqibləri bilindi

Yığmamızın seçmə mərhələdəki rəqibləri bilindi
ÖLKƏ FUTBOLU 9 Dekabr 2021 / 20:09 1772
-  A +

19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, püşkdə B liqasında yer alan Azərbaycan milli komandasının A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağı rəqibləri də müəyyənləşib.

Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 6-12 aprel tarixlərində təşkil olunacaq. Qrup oyunlarının hansı ölkədə keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner