Millimizin rəqibi müəyyənləşdi

Millimizin rəqibi müəyyənləşdi
ÖLKƏ FUTBOLU 9 Dekabr 2021 / 17:58 2337
-  A +

Qadınlardan ibarət U-17 milli komandalar arasında 2023-cü il Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. Reytinqə əsasən B liqasında qərarlaşan Azərbaycan millisi 3-cü qrupda Albaniya, Şotlandiya və Şimali Makedoniya komandaları ilə A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Bu qrupun oyunları 2022-ci il 8 - 14 martda Albaniyada keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2023-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner