“Qarabağ” sabah Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq. Ağdam təmsilçisi qrupu 1-ci yerdə başa vurmaq üçün İsveçrədə qarşılaşacağı yerli “Bazel”ə mütləq qalib gəlməlidir.
Qol.az-ın xəbərinə görə, E qrupunda yarışan Qurban Qurbanovun komandası hazırda “Bazel”lə birgə 11 xalla 1-2-ci yerləri bölüşdürür. Lakin ağdamlılar topların nisbətinə görə rəqibdən geri qaldığından sonuncu oyunda qeydə alınacaq mümkün heç-heçə yalnız rəqibin xeyrinə olacaq. Ona görə də 1/8 finala birbaşa vəsiqə qazanmaq üçün son turda “Qarabağ”a qələbə lazımdır. Əks halda “Qarabağ” qrup ikincisi kimi əvvəlcə KL-in pley-offunda (şərti olaraq 1/16 final da adlandırmaq olar) Avropa Liqasında qrup üçüncüsü olan 8 komandadan biri ilə qarşılaşmalı olacaq.
“Qarabağ” 1/8 finala birbaşa vəsiqə qazanarsa...
Əgər sabah “Bazel” üzərində qələbə qazanılsa, bu halda qrup birincisi olaraq, Ağdam təmsilçisi 1/8 finalın püşkatmasında “səpələnmişlər” səbətində yer alacaq. Hazırda KL-də 6 komanda birinciliyi təmin edib. Bunlar aşağıda adları qeyd edilənlərdir:
“Alkmaar” (Niderland)
“Gent” (Belçika)
“Kopenhagen” (Danimarka)
LASK (Avstriya)
“Renn” (Fransa)
“Feyenoord” (Niderland)
Digər iki komanda qrupun sonuncu turunun sabahkı oyunlarından sonra müəyyənləşəcək. Onların rəqibləri pley-offun qalibləri olacaq və “səpələnməmişlər” səbətində yer alacaq (Konfrans Liqasının qrup 2-ciləri və ya Avropa Liqasının qrup 3-cüləri).
“Səpələnmişlər” səbətindəki komandalar iki oyundan ibarət olacaq 1/8 finalda cavab görüşlərini evdə keçirəcəklər. 1/8 finalın püşkatması 2022-ci ilin fevralın 25-də UEFA-nın Nyondakı qərargahında keçiriləcək. Bu mərhələnin oyunları isə 10 və 17 marta nəzərdə tutulub.
“Qarabağ” qrupda 2-ci yeri tutarsa...
Bu halda 1/8 finala gedən “marşrut” uzanacaq. Bunun üçün Ağdam təmsilçisi ilk növbədə Avropa Liqasından Konfrans Liqasına “düşən” 8 komandadan biri ilə qarşılaşmalıdır. Hazırda Avroliqadan qrup üçüncüsü kimi hələlik 2 komandanın KL-in pley-offunda oynayacağı dəqiqdir. Bunlar “Seltik” (Şotlandiya) və “Fənərbaxça”dır (Türkiyə). İsrailin “Makkabi” (Tel-Əviv) komandasının isə “pley-off”da KL-nin qrup ikincisi kimi oynayacağı dəqiqləşib.
16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər.
Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.
Konfrans Liqasının 1/8 finalın eyni ölkəni təmsil edən 2 komanda bir-birinə rəqib ola bilməzlər.
Əlavə edək ki, "Bazel" - "Qarabağ" matçı sabah gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda