“Deməzdim ki, komandamda vəziyyət pisdir. Sadəcə Kevin Medinanın durumu bəlli deyil, bu gün fiziki məşqçi və həkimlə bir yerdə məşq etdi. Komanda ilə birlikdə deyildi. Ola bilər ki, sabah komandaya qoşulsun”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə görüş üçün İsveçrəyə yollanmazdan öncə jurnalistlərə açıqlama verib:
“Medina haqqında tam qərar veriləcək. Durum yaxşıdır, sadəcə birinci dövrə başa çatır və hardasa futbolçularda fiziki və psixoloji yorğunluq var. Amma bunlar futbolçuların istəklərinə təsir etməməlidir. Bəzən statistika aldadıcı olur. Rəqibin açıqlamalarından görürük ki, oyunu finala bərabər sayırlar və ciddidirlər. Əvvəlki oyunlar fərq odur ki, Bakıdakı matçda iki əsas futbolçuları oynamırdı, amma qarşıdakı oyun üçün onlar meydanda olacaqlar. İnanıram ki, futbolçularım yaxşı futbol göstərəcəklər”.
Təcrübəli çalışdırıcı komandanın hücum futbolu oynayacağını bildirib: “Həmişə görmüsüz ki, “Qarabağ” hücum futbolu oynamağa çalışır. Yenə də futbolçularımıza demişik. Xüsusilə avrokubok oyunlarında hücum futbolu oynamağa, rəqibin kimliyindən çəkinməməyə çalışırıq. Bəzən rəqib buna nə qədər şərait yaradır, onu bilmirik. Hazırda mütləq qalibiyyət lazımdır. Hücum futbolu oynayacağıq, müdafiəni rəqib meydanında qurmağa çalışacağıq”.
Q.Qurbanov qrup mərhələsində hakimlərin “Bazel”in leyhinə daha çox qərar verməsi və “Qarabağ”ın bu duruma hazır olması barədə suala belə cavab verib:
“Bu dəqiqə hakimləri düşünmürük. Futbolçularda elə bir fikir yaratmaq istəmirik ki, düşünsünlər hakim rəqibə kömək etdi. Fikirləri rəqibə qarşı olsun. Hakim nəsə etmək istəsə, edəcək və biz də ona nəsə edə bilməyəcəyik. Çalışacağıq ki, rəqib səhv etsin və biz də bundan istifadə edək”.(qafqazinfo.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda