Rəqibinə kəllə atdı, 8 oyunluq cəzalandı

Rəqibinə kəllə atdı, 8 oyunluq cəzalandı
ÖLKƏ FUTBOLU 3 Dekabr 2021 / 14:49 2605
-  A +

U-16 Liqasının “Keşlə” – İCBFA  oyununda kütləvi dava-dalaş baş verib.

Qol.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov matçın 60-cı dəqiqəsində rəqibə başı ilə zərbə endirdikdən sonra futbolçular arasında dava düşüb.

"Keşlə"nin digər oyunçusu Ramil İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev də davanın fəal iştirakçısı olub.

AFFA İntizam Komitəsi bugünkü iclasda Ələsgərovu 8, İsmayılzadə və Nağıyevi hərəyə 6 oyun cəzalandırıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın