“Qarabağ”ı dekabrın 9-da təkcə “Bazel”ə qarşı oyun gözləmir. Ağdamlılar qrup mərhələsinin son turunda 1-ci pilləni təmin etmək üçün həm də hakimlərlə mübarizə aparmalıdı. Son oyunlarda başverənlər bunu göstərir. Ədalət təmsiçlisi olmalı şəxslərin son turlarda İsveçrə klubuna qarşı aşkar simpatiyası, müəmmalı qərarları belə düşünməyə əsas verir.
Dünya futbolunun “Bazel”in təmsil etdiyi ölkədən idarə olunması faktını xatırlamaq kifayətdi. “Qarabağ”ın uğurlu çıxışı kimlərinsə planlarını pozur, təmsilçimizə qarşı qısqanclığı görməmək mümkün deyil.
Əslində, son tura kimi “Qarabağ” liderliyi təmin etməliydi. Keçən həftə “Bazel”in Qazaxıstanda xal itirməsi təmsilçimizin yolunu açacaqdı. Lakin “Kayrat”ın məğlub olması üçün hər şey edən gürcü hakimlər ağdamlıların “Omoniya” ilə qarşılaşmaya fərqli əhvalda çıxmasına səbəbkar oldu. Əminik ki, isveçrəlilər büdrəsəyi, “Qarabağ” kiprlilərə qarşı fərqli motivasiya olunub qrup liderliyini rəsmiləşdirəcəkdi. Lakin 2 saat öncə başlayan oyunda elə ssenari yaşandı ki…
“Qarabağ” “Omoniya” ilə matça çıxarkən, istənilən halda hər şeyə İsveçrədə aydınıq gələcəyini bilirdi. Bununla belə, təmsilçimiz ən azı qrup lideri olub səfərə heç-heçə dalınca yollanmalıydı. Şahruddin Məhəmmədəliyevin son dəqiqələrdəki səhvi öz yerində, matç boyunca hakimlər qonaqların xal qazanması üçün hər şey etdi. Təqdim etdiyimiz videoya baxanda özünüz də buna şahid olacaqsız.
“Bazel”in irəli çəkilməsi hələ 4-cü turdan başlanmışdı. “Qarabağ”ın qələbələri sıraladığını görənlər onun əsas rəqibinə yardıma Kiprdə start vermişdi. Astanda isə…
1. “Omoniya” – “Bazel” oyunu. 57-ci dəqiqədə isveçrəlilərin müdafiəçisi cərimə meydançasında “Omoniya”nın hücümüçüsunu kobudluqla saxlayır. Lakin hakimin fiti susur. Həmin epizodun davamında, cəmi 40 saniyə sonra “Bazel” bərabərlik qolunu vurur.
2. “Kayrat” – “Bazel” oyunu. Hesab 2:2 olarkən, oyunun 70-ci dəqiqəsində İsveçrə təmsilçisinin 7 nömrəli futbolçusu Paytim Kasami “Kayrat”ın hücumçusuna qarşı cərimə meydançasında kobud oynayır. Bu epizodda aşkar penalti olduğu görünür. Üstəlik, sarı vərəqə – bu isə Kasaminin meydandan qovulması demək idi. Çünki bu epizoda qədər onun passivində sarı vərəqəsi var idi… 3 dəqiqə sonra “Bazel” qələbə qolunu vurur, qolun müəllifi isə məhz Kasami olur.
3. Yenə “Kayrat” – “Bazel” oyunu. İsveçrə təmsilçisi 3-cü qolu vurduqdan 1 dəqiqə sonra yenə “Kayrat”ın hücümuçusuna qarşı cərimə meydançasında kobudluq olur. Bu dəfə də hakimlər “davam” deyir. Epizod zamanı hakimin verdiyi qərar hətta səbirli davranışları ilə seçilən Qurban Berdiyevi də özündən çıxarır.
4. “Omoniya” ilə görüşdə “Qarabağ”ın əlehinə olan qərarlar da kifayət qədər idi. Abdullah Zubir iki epizodda aşkar kobudluğa məruz qalır, hakim “davam” deyir, “Qarabağ” qol vurur, hakimlər mübahisəli qərarla bu qolu qeydə almır. “Omoniya”nın müdafiçisi cərimə meydançasında əllə oynadıqda da hakim bunu “görmür”. Və ən əsas epizod – hesab 0:0 olarkən “Omoniya”nın futbolçusu Mixal Durişin Abbas Hüseynova qarşı hərəkəti – hakim sambo fəndinə görə yalnız sarı vərəqə ilə kifayətlənir.
Bütün bunları nəzərə alsaq, “Qarabağ”ı İsveçrədə nələrin gözlədiyini təsəvvür etmək çətin deyil. Yəqin ki, hakimlər yenə ağdamlıların qrup lideri olub, birbaşa 1/8 finala yüksəlməməsi üçün mümkün olan hər şeyi edəcək. Yaxşı ki, ağdamlılar minimum vəzifənin öhdəsindən çoxdan gəlib, əks halda, vaxtilə Bakıda Milan “İnter”iylə oyundakı haqsızlıq zamanı yaşadığımız məyusluq təkrarlanacaqdı.
Mənbə: futbolinfo.az
2-ci liqada 3 oyun
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə