Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında millimizin baş məşqçisi Canni de Byazi ilə müqavilənin 2022-ci ilin oktyabr ayınadək uzadılması qərara alınıb.
Qol.az saytı bu qərarla əlaqədar futbol adamlarının fikirlərini öyrənib.
“Məşqçi məşqçini müzakirə yox, müdafiə etməlidir”
Yığmanın sabiq çalışdırıcısı Şahin Diniyev komandamızın DÇ-2022-nin seçmə mərhələsində cəmi 1 xal qazanmasına baxmayaraq, De Byazinin işinə qiymət vermək üçün qarşıdakı Millətlər Liqasını gözləməyin lazım olduğunu deyib:
“Belə qərar veriləndən sonra nəsə söyləmək mənasızdır. Atalar sözündə deyildiyi kimi, arxadan atılan daş topuğa dəyər. Yəqin ki, De Byazinin qalması qərarı uzun müzakirələrdən sonra verilib. Yəni, onun millidə gördüyü işə və bundan sonra edə biləcəklərinə baxılıb. İcraiyyə Komitəsinin 12 üzvü var. Yəqin ki, De Byazinin qalmasını istəyənlər çoxluq təşkil edib. Artıq bu qərarın düzgün olub-olmadığını millimizin gələcəkdəki nəticələri göstərəcək. Məşqçi məşqçini müzakirə yox, müdafiə etməlidir. Mən De Byaziyə uğurlar arzulayıram. Hamı bilir ki, Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsində 1 xal toplaması çox aşağı nəticədir. Yəqin ki, millidə vacib işlər görüləcək. Gələn il də Millətlər Liqasının oyunları var. Bundan sonra Canni de Byazinin fəaliyyəti haqda nəsə demək olar. Düzdür, qazanılan nəticələr ürəkaçan deyil. Amma bizim üzərimizə düşən etik formada fikir bildirmək və uğurlar arzulamaqdır”.
“Problemin kökü məşqçi korpusunda yox, AFFA-nın rəhbər heyətindədir”
Əməkdar jurnalist Aydın Bağırov isə Canni de Byazi ilə müqavilənin müddətinin uzadılmasının millimizdəki problemi çözməyəcəyini, əksinə millinin daha da geriləyəcəyini düşünür. Onun fikrincə, bu qərar qəbul olunarkən AFFA futbol ictimaiyyətinin haqlı tələbini, millinin oyunçularının istəklərini nəzərə almayıb: “Fakt odur ki, Canni de Byazinin rəhbərliyi dönəmində millimiz irəli yox, daha da geriləyib. DÇ-2022-nin seçmə mərhələsində 10 oyundan cəmi 1 xal toplamışıq. 2020-ci il Millətlər Liqası yarışında isə 6 xal yığmışıq. Ümumən iki turnirdəki 16 rəsmi oyunda 1 qələbəmiz, 4 heç-heçəmiz və 11 məğlubiyyətimiz olub. Mən əminəm ki, təcrübəli yerli mütəxəssisin rəhbərliyi altında xal ehtiyatımız daha artıq ola bilərdi. Təəssüf ki, hamının bildiyi bu həqiqəti AFFA yenə görməzdən gəldi, millini yerli əvəzinə yenə xarici məşqçiyə tapşırdı.
Mənə maraqlıdır, De Byazi ilə bağlı bugünkü qərardan əvvəl millinin heç olmasa, aparıcı bir neçə üzvünün rəyi nəzərə alınıbmı? Futbolçuların bu məşqçini istəyib-istəməməsini onlardan soruşublarmı? Məncə, xeyr. Nəyə görə futbolçuları qeyd edirəm? Ona görə ki, futbol ictimaiyyəti ilə yanaşı, hətta millinin üzvlərində belə Canni de Byazi münasibətdə inamsızlıq, hətta etiraz var.
Ümumiyyətlə, son 13 ilin təcrübəsi göstərir ki, AFFA rəhbərliyinin əcnəbi məşqçi siyasəti Azərbaycan futboluna xeyir yox, ziyan verib. Bu mənada, qarşıdakı Millətlər Liqası yarışı ilə bağlı da bədbin fikirdəyəm və məncə, uğursuzluq həmin yarışda da davam edəcək. Həm də millinin son yarışdakı nəticələri bir daha təsdiqlədi ki, bizdə problemin kökü daha dərinə gedir. Yəni problem millinin məşqçi korpusunda yox, AFFA-nın rəhbər heyətindədir və dəyişiklik də ilk növbədə orada olmalıdır. Son vaxtlar digər idman federasiyalardakı islahatlar AFFA-da və onun qərarverici orqanı olan İcraiyyə Komitəsində də aparılmalı, ora müasir futbol düşüncəsi olan mütəxəssislər gətirilməlidir. Qərarlar bir-iki nəfərin iradəsi, diqtəsi ilə deyil, kollegiyalar halda, müzakirələr nəticəsində qəbul olunmalıdır.
Əks halda bizim Avropa və dünya çempionatlarında, hətta Millətlər Liqası kimi yarışda istədiyimiz nəticələri qazanacağımızı düşünmək səhv olardı”.
Nur ZEYNALOVA
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı