Premyer Liqanın 12-ci turunda “Keşlə”yə 2:1 hesabı ilə qalib gələn “Sabah” üç rekorda imza atıb.
Qol.az xəbər verir ki, Bakı klubu tarixinin iki ən yaxşı göstəricisini müəyyənləşdirib və daha birini təkrarlayıb.
Paytaxt təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Sonuncu dəfə 7-ci turun “Qarabağ”la matçında (1:2) uduzan “Sabah” “Sumqayıt” (3:0), “Qəbələ” (3:1), “Zirə” (3:3), “Neftçi” (2:1) və “Keşlə” (2:1) ilə görüşlərdə xal qazanıb. Bakılılar bu 5 görüşdə 13 xal yığıb. Bu seriya 2020/21 mövsümünün 21-25-ci turlarında qeydə alınan rekordun təkrarıdır. Həmin vaxt 5 oyun uduzmayan komanda daha az – 9 xal toplamışdı.
Premyer Liqada 4-cü mövsümünü keçirən komanda ardıcıl 6 oyundur qol vurur. Bu, klub tarixində mütləq rekorddur. 2019/20 mövsümünün ilk yarısında ardıcıl 5 görüşdə fərqlənən “Sabah” 9 qola sevinmişdi. Bu dəfə 6 matçı əhatə edən seriyada 14 qol qeydə alınıb.
Paytaxt futbolçuları ilk 12 turda 16 dəfə rəqib qapısına yol tapıb. Bu da yeni rekorddur. “Sabah” əvvəlki üç mövsümün heç birində belə məhsuldarlıq göstərməyib. 2018/19 mövsümünün müvafiq dövründə 12, növbəti iki çempionatda isə 14 qol vurulub.(pfl.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda