"Son zamanlar yaxşı formada olan iddialı komandaya qarşı oynayacağımızı bilirdik. Biz isə itkilərlə meydana çıxmışdıq. Kombinasiyalarımızı sona çatdıra bilmədik. Belə vəziyyətlərdə də futbolçular ruhdan düşsə, hər şey bitmiş olar. Bugünkü oyun futbolçularımızın bunu dərk etdiklərini göstərdi. Heç nədən gileylənmirəm. Baş məşqçi hər durumdan çıxmalıdır, biz də çıxacağımıza inanırıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Zirə"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 12-ci tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis hər zaman səmimiliyi, düzgünlüyü sevdiyini və heç nədən çəkinmədən sözünü dediyini vurğulayıb: "Bura böyük ümidlərlə gəlmişəm, yenə ümidliyəm. Bura gələndə elə fikirlər formalaşmışdı ki, "Sumqayıt" legioner almasa, avrokuboklara vəsiqə qazana bilməz. 6 oyunluq məğlubiyyət seriyasına rəğmən, ruhdan düşmədik, ardıcıl iki mövsüm avrokuboklara yüksəldik. Heyətimizi xeyli futbolçu tərk etsə də, cəmi 2 futbolçu transfer etdik. Həmin heyətlə bürünc medal qazandıq. Getmək barədə onu demək istəyirəm ki, yuxarı pillədə qalmaq üçün əlimizdən gələni etmişik. Amma güclənmək lazımdır. Konfrans Liqasında çıxış edəndə yeni futbolçu gətirməkdə çətinlik çəkirdik, öz oyunçularımıza isə dəvətlər var idi. Çempionata çox yaxşı başlamışdıq. Amma 2 turdan sonra milli komandalara dəvətlər gəldi, 10 futbolçu bizimlə olmadı. Millinin bütün məğlubiyyətlərində "Sumqayıt" gündəmə gəlirdi. Hazırda müqaviləm var, getmək fikrim yoxdur. Rəhbərlik nə vaxt işimdən narazı olduğunu desə, getməkdə problem yoxdur. Bu gün təslim olmaq istəmirəm, amma gələcək üçün güclənmək istəyiriksə, hansısa addımlar atmalıyıq. Bu yöndə işimiz davam edəcək. İkinci hissədə komandamın çıxışı mənə inam verdi".
Abbasovun fikrincə, Murad Xaçayev və Elvin Bədəlovun uzunmüddətli zədələri, cəzalıların olması çıxışlarına təsirsiz ötüşməyib. O, hələ rəhbərliklə görüşlərinin olmadığını, amma yaxın vaxtlarda oturub danışacaqlarını söyləyib: "Hələ heç nə bitməyib. Qarşıdan kubok oyunları və qış fasiləsi gəlir. Güclənməyimizə ehtiyac var. 5-li müdafiə sistemini bir neçə klubumuz oynayır. Hər bir baş məşqçi bu sistemdən öz komandasına uyğun yararlanır. Belə taktika ilə iki dəfə avrokuboklara yüksəlmişik. Gələcəkdə cinah müdafiəçilərimiz yaxşı oynasalar, 4 müdafiəçili sistemə keçə bilərik".
Mütəxəssis gənc futbolçulara yetərincə şans verdiklərini, onların oynadıqca artırmalarının gərəkliyini dilə gətirib: "Bu gün bir çox bəhanələr gətirə bilərik. Rüfət və Səbuhi Abdullazadələrdən çox şey gözləyirik. Süleyman Əliyevi də bu siyahıya əlavə edə bilərəm. Heç bir baş məşqçi özünün düşməni deyil. Məsuliyyət həmin gənc futbolçuların üzərinə düşür. Sabah gənc futbolçu limiti götürülsə, rəqabətə davam gətirməlidirlər. Ona görə də indidən artırmalıdırlar".(Report)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda