Son Azərbaycan çempionu “Neftçi” bu mövsüm Premyer Liqada uğursuz çıxış edir. Komanda lider “Qarabağ”dan 9 xal geridə qalmaqla 4-cü yeri tutur. “Ağ-qaralar”ın bu mövsüm çempion olmaq şansı azalmaqdadır ki, bu durum klubun azarkeşlərini də narahat edir, onlar klub rəhbərliyi və baş məşqçi Samir Abasovdan narazılığını ifadə edir.
Qol.az saytı bu mövzu ilə əlaqədar futbol mütəxəssisləri ilə əlaqə saxlayıb.
Bəxtiyar Musayev: “Qələbədən kimlər özünə pay götürürdüsə, uduzanda da onlar məsuliyyət daşısın”

“Neftçi”nin veteran futbolçusu Bəxtiyar Musayev hesab edir ki, komandanın “Qarabağ”la böyük xal fərqini aradan qaldırması çətin olacaq:
“Azərbaycan Premyer Liqası kimi bir çempionat üçün 9 xal böyükdür. Çünki çempionluğa daha çox bu 2 komanda namizəd görülürdü. İndi onlardan birinin digərindən 9 xal öndə olması ciddi fərqdir. Nəzərə almalıyıq ki, “Qarabağ” hər oyun sabit çıxış edir. Bunun sayəsində də qələbələrini sıralayır. Mənim fikrimcə, “Neftçi” üçün mübarizə həqiqətən də çətin olacaq. “Neftçi” rəhbərliyi yayda etiraf etmişdi ki, transferlərdə gecikiblər, həm də istədikləri oyunçuları tapa bilməyiblər. Düzü, indi mən bilmirəm ki, klubda bu işlərlə kim məşğul olur. Amma transfer gecikmələri komandanın oyununa çox təsir etdi. Futbol kollektiv oyunudur. Qələbədə də, məğlubiyyətdə də hər bir kəsin payı var. Bir məsəl var ki, mətbəxin içində deyilsənsə, nəyin necə bişdiyindən xəbərin olmur. Biz də klubun daxilində olmadığımıza görə hansı hadisələr baş verdiyindən xəbərimiz yoxdur. Yəni komandanın belə bir vəziyyətə düşməsində kimin günahkar olduğunu bilmirik. Biz sadəcə kənardan oyunlara baxırıq¸qeydlərimizi apararaq fikirlərimizi söyləyirik. “Neftçi” son 3 oyunda ard-arda uduzub. Komanda “Keşlə” ilə görüşdə arxayınlığın qurbanı oldu. 2:0 hesabı ilə qalib gəldikləri halda 2:3 hesabı ilə uduzdular. “Neftçi”nin “Qarabağ”a məğlubiyyətini başa düşmək olardı. Amma “Keşlə” və “Sabah” kimi komandalara uduzmaq “Neftçi”yə yaraşmır. Bu cür çıxışla çempionluq da, rəqabət də əldən gedəcək. Komanda qələbə qazananda kimlər özünə pay götürürdüsə, indi uduzanda da onlar məsuliyyət daşısın”.
Emin Abbasov: “Kamran Quliyev ali rəhbərlik qarşısında belə şərt qoya biləcək adam deyil...”

Futbol eksperti Emin Abbasov isə son çempionun uğursuzluqlarına görə klub rəhbərliyinin günahkar olduğunu düşünür:
“Təbii ki, "Qarabağ" kimi güclü rəqiblə 9 xallıq fərqi aradan qaldırmaq çox çətin görünür. Hətta ola bilər ki, qış fasiləsinə qədər bu fərq bir qədər də artsın. Bu, futboldur, hər şey ola bilər. Ən azı, riyazi cəhətdən "Neftçi"nin çempionluq şansları qalmaqdadır. Amma məsələyə reallıq müstəvisindən yanaşsaq, bu minvalla "Neftçi" çempionluq yarışından uzaq düşəcək. "Neftçi"nin belə vəziyyətə düşməsində günah kimdə olursa-olsun, məsuliyyəti birbaşa rəhbərlik daşıyır. Çox adam haqlı olaraq deyir ki, transfer dönəmində bütün səlahiyyətlər Samir Abasova verilib və baş məşqçi çox yanlış seleksiya aparıb. Heyətə lazımı qədər yerli oyunçu cəlb etməyib, gətirdiyi legionerlərin əksəriyyəti "Neftçi"nin səviyyəsinə uyğun deyil və sair. Amma bir şeyi unutmayaq ki, Samir Abasovu təyin edən də, ona bu səlahiyyətləri verən də rəhbərlikdir. Yəni, baş məşqçi gəldi-gedərdir, klubun məsuliyyəti həmişə rəhbərliyin üstündə olur. Yaranmış vəziyyətdə həm rəhbərliyin, həm də baş məşqçinin günahı var”.
Emin Abbasovun fikrinmcə, “Neftçi”nin bu durumdan çıxış yolu klubda yeni idarə sisteminin yaradılmasıdır: “Mənə elə gəlir ki, ilk növbədə "Neftçi"də effektiv idarəetmə sistemi yaradılmalıdır. Bu gün kənardan görünən odur ki, "Neftçi" kimi böyük klub xaotik idarə olunur. Bu klubda qərarların kim tərəfdən verilməsi belə müəmma olaraq qalır. Açığı, bilmək olmur ki, "Neftçi" konkret kim tərəfindən idarə olunur, mühüm qərarları kim verir. Klubda əsas söz sahibi kimi daha çox Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun adı hallanır. Digər versiyaya görə, "Neftçi"də taleyüklü qərarları verən sponsor şirkətdəki başqa səlahiyyətli şəxslərdir. Ona görə də mən bu fikirdəyəm ki, "Neftçi" ilk növbədə bir əldən idarə olunmalıdır. Klubun prezidenti elə şəxs olmalıdır ki, heç kim onun işinə qarışa bilməsin. Aydın məsələdir ki, Kamran Quliyev ali rəhbərlik qarşısında belə şərt qoya biləcək adam deyil.
"Neftçi"yə idarəçi yox, nüfuzlu, güclü xarakterə malik prezident lazımdır. Yalnız bu halda klub iddialı ola bilər. "Neftçi"də kollektiv idarəetmə üsulu davam edənə qədər vəziyyətin belə qeyri-sabit olacağını düşünürəm”.
Erkin İbrahimov: “80 faiz Samir Abasov günahkardır”

Futbol agenti Erkin İbrahimov isə paytaxt təmsilçisinin artıq yalnız 2-ci yer uğrunda mübarizə aparmalı olacağını deyib:
“Nəzəri olaraq, əlbəttə ki, 9 xal fərqini aradan qaldırmaq mümkündür. Amma “Neftçi”nin hazırkı durumu ilə yanaşanda bu, real görünmür. Hətta belə deyim ki, “Neftçi” “Qarabağ”dan 9 xal öndə olsa da, bu cür çıxış etməklə yenə də məğlub olardı. Məncə, artıq klub yalnız 2-ci yer üçün mübarizə aparacaq”.
İbrahimov “Neftçi”nin son zamanlardakı uğursuz çıxışında ən çox Samir Abasovun məsuliyyət daşıdığını bildirib:
“Füzuli Məmmədov “Neftçi”yə baş məşqçik təyin olunanda hamı bilirdi ki, uğur qazanılmayacaq. Çünki o, “Neftçi” kimi bir klub üçün yetərli biliyə sahib mütəxəssis deyildi. Aydın məsələ idi ki, Ceyhun Sultanovla qohumluq əlaqələri, yaxın olması onun bu vəzifəyə gəlişinə təsir etmişdi. Amma Samir Abasovun “Neftçi”yə baş məşqçi təyin olunması klub rəhbərliyinin ideyası deyildi. Bunu daha yuxarılar düşünmüşdü. Ona görə də bu ideya kimə məxsus idisə, həmin şəxslər klubun hazırkı durumuna görə məsuliyyət daşıyır. Amma unutmayaq ki, Samir Abasov uzun illərdən sonra “Neftçi”yə çempionluq qazandırıb. Təəssüflər olsun ki, həmin çempionluq Samir Abasovun başını gicəlləndirdi. Müasir futbolda mənəm-mənəm deyən, təkəbbürlü, eqolu məşqçilərə yer yoxdur. Məşqçi kollektivlə işləməyi bacarmalıdır. Bunu məşqçilikdə “Pro” kateqoriyası üzrə kurslar da öyrədir. Ancaq mən bilmirəm ki, Samir Abasov “Pro” kurslarında nə ilə məşğul idi. Uğur qazanmaq istəyirsənsə, bütün kollektivi birləşdirə bilməlisən. Amma Samir Abasovun bacardığı bir iş var, o da arası vurmaqdır. Komandanın hazırkı durumuna görə Samir Abasov 80 faiz özü günahkardır. Çünki elementar hesablamaları apara bilmir ki, yerli futbolçular nə qədər olmalıdır, legioner nə qədər olmalıdır. Komandanı elə formalaşdırıb ki, sanki avrokubokların qrup mərhələsində mübarizə aparırlar. Heyətdə 12 legioner oyunçu var. Onlardan 6-sı oynayır, digər 6-sı da ehtiyat futbolçular skamyasında Samir Abasovun yanında oturur”.
Erkin İbrahimov “Neftçi”nin uğur qazanması üçün Samir Abasovu istefaya göndərməyin vacibliyini bildirib.
Nur ZEYNALOVA
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində