“Qəbələ” bu mövsümə çox yaxşı başlayıb. Evdə üstün çıxış etmək istəyəcəyini də bilirdik. Buna da hazır idik”.
Qol.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XI turunda “Qəbələ” ilə keçirilən oyun barədə danışarkən deyib.
Qəbələ şəhər stadionunda keçirilən görüşdə qonaq komanda 1:2 hesabı ilə məğlub olub. Abbasov oyunsonrası mətbuat konfansında fikrini bu sözlərlə davam etdirib: “Təəssüf ki, ikinci hissədə bir neçə dəqiqəlik diqqətsiz oynadıq, konsentrasiyanı itirdik. Qapımızda da qollar gördük. Ondan sonra nələrisə dəyişməyə, hücuma atılmağa çalışdıq. Bir top vursaq da, bərabərlik əldə edə bilmədik. Üzücüdür, çünki itkilərimiz var idi. Bu matçdan sonra daha da çoxaldı. Ehtiyat qüvvənin az olması, rotasiyalar edə bilməməyimiz bizə çətinlik yaradır. Qış fasiləsinə qədər 3 oyun var. Futbolçulara da dedim ki, təslim olmaq olmaz. Maksimum güclə oynamaq lazımdır. Futbolçulara da deyirdim ki, bura qalxmaq asandır, burada qalmaq çətindir. Bəzi oyunçular mövsümün əvvəlində formada olmadılar, zədələr oldu. Kollektivi tam komplektləşdirə bilmədik. Bəlkə də, xeyirlisi budur. Əlimizdə olanlarla maksimum çıxış etməyə çalışırıq. Digər rəqiblər də güclənib. “Qəbələ” iki il idi nəticə göstərməsə də, təslim olmurdu, yeniliklər axtarırdı. Yeni gələn futbolçular bu gün çempionata rəng qatır. Bu da bir nümunədir. Öz komandamın həmişə arxasındayam. Qalan matçları keçirib, düşünəcəyik. Bir az çətinlik də çəkirəm. Bəlkə də, nəyisə dəyişmək lazımdır. Bəlkə də, vaxtı gəlib, getmək lazımdır. Bu üç oyunu keçirdikdən sonra düşünəcəyəm. Çünki maksimumu elədiyimizi hiss edirəm”. (Apasport.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda