"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandanın gürcüstanlı hücumçusu Davit Volkova Avropa klublarından təklif gəlməsi ilə bağlı oyunçunun meneceri Levan Zuxbayanın söylədiyi açıqlamaya münasibət bildirib.
Qol.az xəbər verir ki, o, Premyer Liqamızın hazırkı bombardirinin komandada saxlamaq çətin olub-olmayacağı ilə bağlı deyib:
"Bu barədə düşünmürəm. Başlıq kimi gördüm, amma xəbərin içini oxumadım. Hər bir futbolçuya komandaların təklifi, istəyi kimi xəbərlər oxuyuruq. Futbolun içində olan şeylərdir. Bizdə hər hansı məlumat yoxdur, Volkovun özündən də eşitməmişik. Hər bir futbolçumuz kimi, Volkov da bizim üçün dəyərlidir. Əvvəl də düşünürdüm ki, onun üçün ən yaxşı mövqe hücumdur. Hücumçu üçün yaxşı keyfiyyətləri var. Oyundan-oyuna, mövsüm getdikcə ön xətt oyunçusu kimi daha da inkişaf elədi. Artıq nominal hücumçuya çevrilib. Hətta mənə də suallar verilir ki, nominal hücumçun yoxdur, niyə almırsan? Volkova inanırdım, bu gün də etimadımızı doğruldub".
R.Sadıqov söyləyib ki, Volkov “Zirə”də bundan da yaxşı işlər görə bilər: "Yetər ki, bu tempdə, bu istəklə peşəkar şəkildə işinə davam eləsin. Volkov bizdə xoşbəxtdir. Ağıllı-kamallı insandır, bilir ki, oyunu bu komandada nə dərəcədə yaxşı alınır. Hücum xəttində onun keyfiyyətləri üzərində istifadə edirik. Hər bir futbolçu daha yaxşı, çempionatda oynaya bilər".
"Zirə"nin baş məşqçisi 26 yaşlı hücumçu ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqların başlanıb-başlanılmadığı ilə bağlı isə deyib: "Xeyr, heç bir danışığımız olmayıb. Bir neçə futbolçunun müqaviləsi mövsümün sonunda bitir. Gedişata baxacağıq, hansısa futbolçu ilə yeni sözləşmə imzalamaq istəsək, qarşılıqlı şəkildə razılıq əldə edilsə, komandada saxlayacağıq. Özüm də bu proseslərin tez olduğunu düşünürəm. Yalnız qarşıdakı oyuna köklənməliyik. Fikrimizi qəti şəkildə bu tip məsələlərlə dağıtmamalıyıq. Hər şeyin öz vaxtı var".
Qeyd edək ki, Volkov 9 qolla Premyer Liqanın bombardirləri siyahısında liderdir.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda