"Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev Ağdam klubundan "Levski"yə keçidindən danışıb.
Qol..az xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında əvvəlcə Sofiya təmsilçisi ilə "Qarabağ"ı da müqayisə edib:
“Qarabağ”dan “Levski”yə keçidimi geriyə addım hesab edirəmmi? Əmin idim ki, nə vaxtsa qayıdıb, “Levski” üçün oynayacam. Sadəcə, nə zaman olacağını bilmirdim. 7 illik legioner həyatından sonra Bolqarıstana erkən qayıtdım. Bu mənada geriyə addım hesab etmək olar. Bəlkə də komanda tam fərqli olsaydı, belə olmazdı, məndə hər şey qaydasında idi, zədəm yox idi".
Bolqarsıtan millisinin üzvü Ağdam klubunda işlərin çox peşəkar səviyyədə aparıldığını bildirib: “Azərbaycanda vəziyyət yaxşı idi, hamıya vaxtında maaş verilirdi. “Qarabağ”da insanlar çox peşəkar işləyirdi. Orada nəticələr də gözləyirdilər. Bazaya 11-də gedib, 8-də evə qayıdırdıq. Hətta əlavə məşqlər də edirdik. Biz hər gün idman zalına gedirdik və hər gün səkkiz saat bazada olurduq. “Levski”də belə mentalitet, iş tərzi yoxdur. Hardasa, SSKA oxşar bir şey etməyə çalışırdı. Ancaq hələ də davam edirmi, bilmirəm.
“Qarabağ”da bu metodlar 8-9 ildir ki, nəticə verir. Onlar Çempionlar Liqası və Avropa Liqasında oynayır, qruplara düşür. Orada 2 il oldum və Avropa Liqasının qrup mərhələsində oynadım. Uğur isə hər kəsin peşəkar səviyyədə işləyə bilməsilnə bağlıdır. Yeni gələnləri isə çox diqqətlə seçirlər, məşqçinin bütün səlahiyyətləri var”.
Qeyd edək ki, Slavçev 2018-2019-cu illərdə "Qarabağ"da oynayıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda