U-19 yığmamız seçmə mərhələni qələbə ilə başa vurdu

U-19 yığmamız seçmə mərhələni qələbə ilə başa vurdu
ÖLKƏ FUTBOLU 16 Noyabr 2021 / 23:08 4009
-  A +

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Qol.az xəbər verir ki, Elxan Abdullayevin komandası 8-ci qrupdakı 3-cü matçında Lüksemburq yığması ilə qarşılaşıb.

Vilts şəhərindəki "Poetz" stadionunda oynanılan görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da qrupu 3-cü pillədə tamamlayan yığmamız turnirlə vidalaşıb.

 

16 noyabr

19 yaşadək futbolçular arasında AVRO-2022-nin seçmə mərhələsi

 

21:00. Lüksemburq – Azərbaycan – 0:2

Qollar: Mirmövsüm Canıyev, 23, Mehrac Baxşəli, 77

Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan milli komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.

Daha çox


Son xəbərlər
topaz banner