AFFA-dan De Byazi ilə bağlı açıqlama

AFFA-dan De Byazi ilə bağlı açıqlama
ÖLKƏ FUTBOLU 15 Noyabr 2021 / 12:06 8367
-  A +

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi Canni De Byazinin gələcək taleyinə müqaviləsi başa çatdıqdan sonra aydınlıq gələcək. Onun müqaviləsi bu ayın sonu başa çatır.

Qol.az xəbər verir ki, bunu AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, 65 yaşlı italiyalı mütəxəssisin hesabatı AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunacaq: "Bundan sonra AFFA İcraiyyə Komitəsi bu məsələni müzakirə edəcək.Milli komandaya baş məşqçi təyin olunması, müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı məsələrə dair qərar qəbul etmək səlahiyyəti İK-dədir. AFFA İcraiyyə Komitəsinin iclası bu ayın sonu və ya gələn ayın əvvəli keçirilə bilər." (Trend.az)

Daha çox


Son xəbərlər
topaz banner