“Bizim üçün bu qrupdakı komandalarla oynamaq əla təcrübə idi”.
Qol.az xəbər verir ki, bunu Qətər millisinin baş məşqçisi Feliks Sançes Azərbaycanla keçiriləcək yoldaşlıq görüşü öncəsi deyib.
Martda Macarıstanda yığmamız üzərində 2:1 hesablı qələbə qazanan asiyalılar sabah Bakı Olimpiya Stadionunda revanş matçına çıxacaq.
İspaniyalı mütəxəssis mətbuat konfransında millimizin yer aldığı qrupdakı yığmalarla yoldaşlıq görüşü keçirməyin dünya çempionatına hazırlıq mərhələsində komandasının xeyrinə işləyəcəyini bildirib:
“Bu qrupdakı komandalarla oynamaq asan deyildi, top-komandalarla qarşılaşdıq. Bizim üçün asan olmadı. Məqsəd dünya çempionatına yaxşı vəziyyətdə yollanmaqdır. Bir oyunumuz qalıb. Sabahkı matçdan da yararlanmağa çalışacağıq”.
- Sabahkı oyunla bağlı gözləntiləriniz nədir: qələbəni düşünürsünüz, yoxsa yoldaşlıq görüşü olduğu üçün çox yüklənməyəcəksiniz?
- Bizim Avropadakı hər oyuna rəsmi matç kimi baxırıq. Bütün matçlara nəticə üçün çıxırıq. Sabah da həmçinin qələbə qazanmaq istəyirik. Martda Macarıstandakı görüşə qələbə üçün çıxmışdıq, sabah da fərqli olmayacaq.
- Sabahkı matçda heyətdə dəyişikliklər olacaq?
- Bəli, bəzi dəyişikliklər olacaq. Bu gün son məşqimizi keçəcəyik. Məşqdən sonra özünü yaxşı hiss etməyən oyunçuları müəyyənləşdirdikdən sonra heyəti quracağıq. (Apasport.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda