AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları
ÖLKƏ FUTBOLU 12 Noyabr 2021 / 14:23 1584
-  A +

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az xəbər verir ki, iclasda Premyer Liqanın 10-cu turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Premyer Liqanın 10-cu turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

10-cu turun “Keşlə” – “Neftçi” oyununun 86-cı dəqiqəsində azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. 

10-cu turun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Yurqen Qoxa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Daha çox


Son xəbərlər
topaz banner