"Omoniya" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

"Omoniya" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq
ÖLKƏ FUTBOLU 12 Noyabr 2021 / 10:26 7508
-  A +

Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaq Kiprin "Omoniya" klubu daha bir oyunçusunu itirib.

Qol.az "shootandgoal" nəşrinə istinadən xəbər verir ki, komandanın əsas qapıçısı Fabiano zədə səbəbindən qarşıdakı görüşlərdə iştirak etməyəcək.

"Bazel"lə oyunda zədələnən 33 yaşlı qolkiperin ən yaxşı halda 2 aydan sonra meydana çıxa biləcəyi qeyd olunub.

Xatırladaq ki, daha əvvəl müdafiəçi Yannis Kusulosun qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşmişdi.

Noyabrın 25-də keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner