"Azərbaycan millisi evdə yaxşı çıxış edir"

"Azərbaycan millisi evdə yaxşı çıxış edir"
ÖLKƏ FUTBOLU 10 Noyabr 2021 / 18:22 2112
-  A +

"İki il öncəki oyunla indikini müqayisə etmək çətindir. Amma biz qələbəyə daha layiq idik".

Qol.az xəbər verir ki, bu sözləri Lüksemburq millisinin kapitanı Loran Yans DÇ-2022-nin seçmə mərhələsində sabah Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, meydana qələbə üçün çıxacaqlarını bildirib: "Sabah da bunun üçün oynayacağıq. Rəqib evdə yaxşı çıxış edir. Lakin hədəfimiz 3 xaldır".

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner