“Böyük bayramdır, Zəfər Günüdür. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların, müzəffər ordumuzun, əsgərlərimizin sayəsində bu qələbəni əldə etmişik”.
Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 10-cu – “Zəfər turu”nda “Qarabağ”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Çalışdırıcı 0:4 hesablı məğlubiyyəti həm itkilər, həm də rəqibin gücü ilə əlaqələndirib: “Qarabağ”ı həm qələbə, həm də Konfrans Liqasında qrup səddini aşan ilk komanda olması münasibətilə təbrik edirəm. Bu da Azərbaycan üçün böyük qələbədir. Hər iki komandanın azarkeşləri sayəsində bu gün möhtəşəm ab-hava var idi. Onlara təşəkkür edirəm. Təəssüf ki, azarkeşlərimizi məyus etdik. Ciddi itkilərimiz var idi. Elə mövqelərdə itkilər idi ki, nəsə fikirləşməli idik. Keçən il də belə bir situasiyaya düşmüşdük. Məşqlərdə ard-arda zədələr oldu. Zəngin heyətimiz yoxdur. Amma yenə də təslim olmayacağıq. Bu məğlubiyyətlərdən dərs çıxarmalıyıq. Belə templi oyunlar bəzi gənc futbolçularımızın böyüməyi, inkişafı üçün təkan olacaq. Futbolçularıma da dedim ki, ruhdan düşməsinlər. Bu gün “Qarabağ”, həqiqətən də, güclü idi. Qarşıda bizi ən vacib oyunlar gözləyir. Ciddi hazırlaşmalı və xal qazanmalıyıq ki, rəqiblərdən çox geri qalmayaq. “Qarabağ”ın son vaxtlar həm yüksək tempdə çıxış etdiyi, həm də böyükhesablı qələbələr qazandığı periodlar olub. İnanıram ki, tezliklə biz də yaxşı olacağıq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda