“Zəfər günü münasibətilə xalqımızı təbrik edirəm. Oyuna gəldikdə, çox yaxşı komandaya qarşı oynadıq. Bizdən fərqli, “Qəbələ” turnir cədvəlində də ön sıralardadır. Çətinliklərimiz var. Bir neçə futbolçumuz zədə və cəza səbəbindən komandaya kömək edə bilmir".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 10-cu turunda evdə "Qəbələ"yə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Qarşıda milli komandaların oyunlarına görə Premyer Liqada fasilə yaranacaq. Hesab edirəm ki, bu fasilə bizim üçün komandanı toparlamaq baxımından faydalı ola bilər. Qırmızı vərəqə epizoduna gəlincə, ona təkrar baxmaq lazımdır. Futbolçumuzun günahı varsa, yəqin ki, müzakirə edib, ölçü götürəcəyik.
Vidadi Cəfərov gənc və perspektivli futbolçudur. İlk oyunu idi. O, hələ öz üzərində çox çalışmalıdır.
Aftandil Hacıyevin cəzası ilə bağlı apellyasiya şikayəti vermək? İntizam Komitəsi bu barədə iki gün öncə qərar qəbul edib. Bu iki gündə bizim bütün diqqətimiz yalnız “Qəbələ” ilə oyunda idi. Yəqin ki, qarşıdakı həftə ərzində klubdaxili iclasda bu məsələ də müzakirəyə çıxarılacaq və müvafiq qərar qəbul olunacaq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda