“Zəfər Günümüz mübarək olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bizi ağır oyun gözlədiyini bilirdik. “Səbail” öz meydanında məzmunlu futbol göstərən əzmkar komandadır".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"ə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
2:0 hesablı qələbəni şərh edən çalışdırıcı görüşün keçirildiyi "ASCO Arena"nın bərbad meydançasında gileylənib: "Futbolçuları ağır matça hazırlamışdıq. Onlar xarakter göstərdilər və layiqli qələbə qazandılar. Ötən il burada oynayandan sonra 2-3 futbolçumuzla bağlı sıxıntı yaşamışdıq. Lakin getdikcə meydanın vəziyyəti daha da bərbad duruma çatıb. Belə meydanda futbol oynamaq risklidir. “Səbail”in futbolçuları burada məşq etdikləri üçün qəhrəmandırlar. Burada oynamağa icazə verilirsə, Qəbələdə qar yağanda ev görüşlərini Hacıalıdakı meydanda keçirə biləcəyimizi düşünürəm. Hər rəqib çıxacaq və zədələnəcək, hər şey olacaq. Daha yaxşı olar ki, futbolçuları da düşünək. Kənardan hər şey yaxşı görünə bilər, amma əziyyət çəkən oyunçulardır. Emil Səfərov bir ildir bizimlədir. Gənc oyunçu hazır olsa da, yeri qazanmalıdır ki, daim meydana çıxsın. Emil yaydan sonra bizə yaxşı siqnallar verirdi. Gələcəkdə Azərbaycan futboluna onun timsalında yaxşı futbolçu bəxş edə bilərik. Qarşılaşmanın gedişində stress yaşayırıq. Etirazlarımız normal qarşılanmalıdır. Hakim ümumilikdə matçı normal idarə etdi”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda