“Qarabağ” bu göstəriciyə görə hamını qabaqlayır – Konfrans Liqası

“Qarabağ” bu göstəriciyə görə hamını qabaqlayır – Konfrans Liqası
ÖLKƏ FUTBOLU 5 Noyabr 2021 / 14:29 7875
-  A +

UEFA Konfrans Liqasının 4-cü turundan sonra statistik göstəriciləri açıqlayıb.

Qol.az xəbər verir ki, turnirdə Azərbaycan təmsilçisi “Qarabağ” bəzi göstəricilərə görə ən yaxşılar sırasında yer alıb.

H qrupunun lideri olan Qurban Qurbanovun komandası topa ən çox sahib olmaya görə liderdir (60,5 faiz). “Alkmaar” (Niderland, 59,8 faiz) və “Gent” (Belçika, 59,8 faiz) ikinci-üçüncü yeri tutur.

4 oyuna 8 qol vuran “Qarabağ” “Lask”, “Bazel” və “Slovan”la birgə 6-cı yeri bölüşdürür.Bu göstəricidə lider 13 qolu olan “Makkabi”dir (Təl-Əiiv).

Ağdam klubu qapıya ən çox zərbə vuran komandalar sırasında isə 5-ci yeri tutur. 62 zərbədən 23-ü çərçivəyə, 22-si kənara gedib, 17 zərbə isə bloklanıb. Bu göstəricidə lider “Renn”dir (Fransa, 85 zərbə).

Daha çox


Son xəbərlər
topaz banner