Uzun müddət zədədən əziyyət çəkən “Qarabağ” klubunun hücumçusu Əfran İsmayılov Qol.Az-ın müxbirinin suallarını cavablayıb. Təxminən 1 aydan sonra yaşıl meydanlara qayıdacağını bildirən Əfranın bu və digər məsələlərlə bağlı açıqlamalarını sizə təqdim edirik:
- Zədənlə əlaqədar olaraq Türkiyədə əməliyyat oldun. Bilmək istərdik ki, əməliyyatdan sonrakı bərpa dövrü necə keçdi? Hazırda özünü necə hiss edirsən?
- Avroliqada uğurla çıxış etdyim zaman ağır zədə aldım. Həkim müayinəsindən sonra qərara alındı ki, əməliyyat olunmalıyam. Elə bu məqsədlə də Türkiyəyə yollandım. Şükürlər olsun ki, əməliyyatım uğurla başa çatdı. Hazırda isə özümü çox yaxşı hiss edirəm.
- Artıq bu ilin sonuna qədər səni “Qarabağ”ın heyətində görməyəcəyik. Təxminən nə vaxta yaşıl meydanlara dönəcəksən?
- Əslində aldığım zədəyə görə, təxminən 4 ay yarım yaşıl meydanlardan kənarda qalmalı idim. Lakin əməliyyatı uğurla başa vurdum və hazırda özümü olduqca gümrah hiss edirəm. Ola bilsin ki, 3-4 həftəyə və yaxud 1 ay yarıma yenidən yaşıl meydanlara qayıdım. Noyabr ayının axırları və dekabrın əvvəllərində komanda ilə məşqlərə qatılmağı planlaşdırıram. İnşallah, hər şey yaxşı olacaq.
- Necə düşünürsünüz, zədədən sonra “Qarabağ”ın əsas heyətində yer almaq sizin üçün çətin olmayacaq ki?
- İlk növbədə, bu mənim fiziki hazırlığımla bağlı bir məsələdir. Belə ki, əgər meydanda 90 dəqiqə oynamaq gücündə olsam, o zaman əsas heyətə düşməkdə heç bir problem yaşamayacam. Əks təqdirdə isə meydana sonradan girmək məcburiyyətində qalacağam. Lakin əvvəlki formamı bərpa etmək üçün daha çox məşq etməliyəm. Bunun üçün isə bir qədər zamana ehtiyacım olacaq.
- Bu mövsüm Premyer Liqada “Qarabağ” kifayət qədər xal itkisinə yol verib. Necə düşünürsünüz, itirilən bu xallar “Qarabağ”a çempionluq yolunda mane olmayacaq ki?
- Əlbəttə ki, belə xal itkisinə yol vermək heç də yaxşı hal deyil. Lakin bu futboldur. Nəticəni əvvəlcədən görmək olsaydı, bu oyunlara maraq da olmazdı. Gərək mübarizə aparasan ki, hansısa bir uğura nail olasan. Bununla belə, “Qarabağ” iddiasını yenə davam etdirir. Qarşıda isə bizi olduqca çətin oyunlar gözləyir. Düşünürəm ki, keçmişi unudub, gələcəyə baxmaq lazımdır.
- Bu mövsüm “Qarabağ” komandasının əsas hədəfi nədir?
- Təbii ki, biz ilk növbədə ölkə çempionu olmaq istəyirik. Ötən mövsüm çempionluğu son anda əldən verdik. Lakin bu aqibəti bir daha yaşamaq istəmirik. Bununla belə, komandanın minimum vəzifəsi Avroliqaya vəsiqə qazanmaqdır. Əgər biz bunu bacarsaq, Avroliqanın qrup mərhələsinə düşmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Düşünürəm ki, artıq qrup mərhələsinə düşmək vaxtı gəlib çatıb.
- Premyer Liqada hansı klubları özünüzə rəqib görürsən?
- Göründüyü kimi, Azərbaycan Premyer Liqasında iddialı klubların sayı getdikcə artmaqdadır. Bu isə əlbəttə ki, futbolumuzun inkişafını göstərən amillərdən biridir. Belə olduqda isə hər keçən tur mübarizə daha da gərginləşir. Lakin hazırda turnir cədvəlində tutduğu mövqeyə baxsaq, “Neftçi” ilə “Xəzər Lənkəran”nın bizə ən yaxın rəqib olduğunu deyə bilərik. Məhz bu iki klub çempionata yaxşı start verib. Lakin digər klubların da haqqını yemək olmaz. Onların da inamlı çıxışlarını qeyd etmək lazımdır.
- Azərbaycan Kubokunda “Qarabağ”ın şanslarını necə dəyərləndirirsən?
- Əlbəttə ki, bizim üçün ölkə çempionluğunu qazanmaq nə qədər vacibdirsə, Azərbaycan kuboku da bir o qədər önəmlidir. Hər iki cəbhədə inamlı mübarizə aparmalıyıq ki, sonda hansısa bir uğura nail olaq. Kubok oyunlarında isə bizi uzun bir marafon gözləyir. Burada hansı komandanın uğurlu çıxış edəcəyini indidən demək çox çətindir. Çünki iddialı komandaların sayı çoxdur. Təbii ki, biz də bu kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnşallah, kubok məhz “Qarabağ”a qismət olacaq.
- Yəqin ki, millimizin Türkiyə yığması ilə oyununu izlədim. Bu oyun haqqında təəssüratlarını bilmək istərdik.
- Həqiqətən də möhtəşəm bir qələbə idi. Almaniya və Avstriya yığmalarına məğlubiyyətdən sonra bu qələbəyə çox ehtiyacımız var idi. Şükürlər olsun ki, komandamız bunu bacardı. Bu qələbəni mən də çox arzulayırdım. Çünki Türkiyədə olduğum zaman mənə qarşı böyük bir təzyiq var idi. Orada yaşayanlar Türkiyə yığmasının millimizə 4-5 qol vuracağını iddia edirdilər. Lakin hər şey əksinə oldu. Millimiz inamlı qələbə qazandı. Rəşad Sadıqovun qol vurması isə məni ikiqat sevindirdi. Çünki Rəşad həm mənimlə komanda yoldaşı olub, həm də ki, onun “Əskişehirspor” klubundakı işləri də yoluna düşdü. Bir daha bu qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm.
- Millimizin növbəti oyunu mart ayında səfərdə Belçika yığmasına qarşı olacaq. Sizcə, millimiz bu oyunda nəyə ümid edə bilər?
- Təbii ki, bu qələbələrin ardı gəlsə, heç də pis olmazdı. Lakin Belçika millisi hazırda gənclərdən təşkil olunsa da, çox böyük təcrübəyə malik olan bir komandadır. Onlara qarşı oyunumuz da çox çətin keçəcək. Türkiyə üzərində qazanılan qələbəni kölgə altına salmamaq üçün bu oyundan da sərfəli nəticə ilə ayrılmalıyıq. Ən azı heç-heçə etməliyik ki, özümüzə olan inamı itirməyək.
- Millimizin qrupdakı şanslarını necə dəyərləndirirsən? Səncə, qrupda ikinci pilləni tutmaq şansımız var?
-Bu futboldur, burada hər şey ola bilər. Bütün bacarığımızı ortaya qoyacağıq ki, qrupda layiqli yerlərdən birini tutaq. Lakin rəqiblərimiz də olduqca güclü komandalardır. Düşünürəm ki, bu seçmə mərhələdə biz ən azı 10 xal toplamağa nail olacağıq. Qrupda ikinci pilləyə yüksəlməyimiz inandırıcı görünməsə də, mümkünsüz də deyil.
- Türkiyə üzərində qələbədən sonra belə bir sual ortaya çıxdı ki, millimiz bu oyunda göstərdiyi əzmkarlığı niyə digər matçlarda da nümayiş etdirmir. Sən bu barədə nə düşünürsən?
- Əlbəttə ki, səfər meydançasında oynamaq hər zaman çətin olur. Lakin istənilən komandaya qarşı öz meydanında xüsusi bir əzmkarlıqla mübarizə aparırsan. Çünki heç bir futbolçu doğma azarkeşlər qarşısında meydanı başaşağı tərk etmək istəməz. Buna görə də, var gücünlə oynamaqdan başqa əlacın olmur. Bununla belə, almanlara qarşı nə qədər əzmkar oynasanda, onlar dünya səviyyəli bir komandadır. Təbii ki, bizim onlardan xal almağımız mümkünsüz idi. Lakin hesabın belə böyük olması, bizi heç də qane etmədi. Daha fərqli hesab ola bilərdi. Avstriya ilə oyunda isə hakim Rauf Əliyevə qarşı edilən kobudluğu penalti kimi dəyərləndirsəydi, nəticə də başqa cür olardı. Çox təəssüf ki, futbolda məhz hakimlərin qərəzli qərarları matçın taleyinə birbaşa təsir edir. Lakin biz ümidimizi itirmirik. İnanmıram ki, Avstriya millisi Bakıdan xal apara bilsin. Biz buna heç cür yol verməyəcəyik. Artıq qarşıdakı oyunlara daha həvəslə hazırlaşacağıq.
- Uzun müddət zədədən əziyyət çəkdiyin üçün millinin əsas heyətindən kənarda qalacağından qorxmursan ki?
- Xeyr! Belə bir qorxu ola bilməz. Çünki millinin oyunlarına qədər öz formamı tam bərpa edəcəm. Baş məşqçi Berti Foqts da mənə “formanı bərpa et və milliyə qayıt” deyə səslənmişdi. Təbii ki, mən də ilk növbədə “Qarabağ”ın əsas heyətində müntəzəm olaraq çıxış etməli və əvvəlki formamı bərpa etmək üçün var gücümlə çalışmalıyam.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi