«Bakı» klubunun türkiyəli sabiq baş məşqçisi Bülənt Qorxmazın Qol.Az saytına eksklüziv müsahibəsi
- Azərbaycana bu dəfəki səfərinizin məqsədi nədir?
- Şəhərinizə bu gün səhər gəlmişəm. Artıq bu axşam İstanbula dönürəm. Səfərimdə başlıca məqsəd «Bakı» klubunun prezidenti Hafiz Məmmədovun anasının yas mərasimində iştirak etmək idi. Hafiz bəylə görüşüb ona başsağlığı verdim. Hafiz bəy mənim üçün çox dəyərli bir insandır. Onu çox sevirəm. Hafiz bəy Azərbaycan üçün də çox önəmli bir adamdır. Anasını itirdiyi üçün üzüldüyümü bildirdim.
- Son dəfə gördüyünüz Bakıyla indiki arasında dəyişiklik varmı?
- Düzü, şəhəri gəzməyə elə də çox vaxtım olmayıb. Yas mərasimində iştirak etdikdən sonra «Bakı»nın bazasına gəlmişəm. Burada görülən işləri izləyirəm.
- Futbolçularla görüşmüsünüzmü?
- Hələlik yox. Amma bir qədər sonra məşqləri olacaq. Yəqin o zaman görüşərəm.
- Bazanın özündə bir dəyişiklik varmı?
- Təbii. Burada yeni binalar tikilib. Düşünürəm ki, bir il sonra burada vəziyyət daha da yaxşılaşacaq.
- «Bakı»nın çempionatdakı çıxışlarından xəbəriniz var?
- Təbii ki, nəticələri izləyirəm. Amma oyunlarını seyr etmək imkanım olmayıb.
- Keçmiş komandanız elə də uğurlu çıxış etmir.
- Bunlar keçici şeylərdir. Hər şey düzələcək.
- Türkiyə - Azərbaycan oyunu haqda fikirlərinizi bilmək istərdik.
- Azərbaycanı qələbə münasibətilə təbrik edirəm. Çox yaxşı mücadilə etdilər. Belə davam etsə, Azərbaycan futbolu inkişaf edəcək.
- Azərbaycanın qələbəsi sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Mən daha öncədən də söyləmişdim, müasir futbolda hər cür nəticələr olur. Təbii ki, bu məğlubiyyət Türkiyə üçün çox pis və gözlənilməz oldu.
- Bu uğursuzluqdan sonra Türkiyənin «Avro-2012»nin final mərhələsinə qatılacağına inananların sayı xeyli dərəcədə azalıb.
- Mən belə düşünmürəm. Türkiyənin qrupda daha altı oyunu qalıb. Hələlik şanslarımız var.
- Neçə gündür, ölkənizdə Quus Hiddinki tənqid atəşinə tutublar. Siz bu tənqidlərlə həmrəysiniz?
- Mən bu haqda danışmaq istəmirəm.
- Bəs, fikrinizcə, belə oyun göstərərsə, Azərbaycan qrupunda neçənci yeri tuta bilər?
- Azərbaycanın da hələ xeyli matçı var. Düşünürəm ki, qrupda dördüncü yeri tutsanız, bu sizin üçün uğur sayılacaq. Siz inkişafın çox tez bir zamanda olmasını istəyirsiniz. Bu isə mümkün deyil. İnkişaf uzun zaman tələb edir. Hər şeydən öncə uşaq futboluna ciddi fikir vermək lazımdır.
- Bu oyundan əvvəl Türkiyədə bəzi futbol şərhçiləri Azərbaycanı çox asanlıqla məğlub edəcəyini deyirdi. Bu cür proqnozlara münasibətiniz necə idi?
- Oyuna qədər belə idi. Amma matçdan sonra Azərbaycan haqda çox gözəl şeylər söylədilər. Bəli, Azərbaycanın qələbəsi sürpriz oldu. Təbii ki, əgər Türkiyə ilə Azərbaycan bu gün də qarşılaşsa, favorit kimi bizim milli komanda göstəriləcək. Bir qələbə hər şeyi dəyişmir, sadəcə, inkişafa doğru addım atılır.
- Rəşad Sadıqovun Türkiyə ilə matçdakı çıxışı haqda nə deyə bilərsiniz? Onu Türkiyədə az qala qəhrəman kimi təqdim edirlər.
- Vallah, Rəşad həmin matçda yaxşı oynadı. «Eskişehirspor»la Türkiyə superliqasındakı matçda da özünü yaxşı tərəfdən göstərdi. Amma düşünürəm ki, Türkiyə ilə görüşdə Vaqif Cavadov Rəşaddan daha yaxşı oynadı. Vaqif fərqli bir oyunçudur. Hələ «Tvente»yə gedəndə mən demişdim ki, ilk mövsümdə o, Hollandiyada oynaya bilməyəcək. O zaman Azərbaycan mətbuatı məni topa tutdu. Amma heyif ki, mənim dediklərim oldu. Vaqif Cavadov Türkiyə superliqasında oynamaq səviyyəsində olan bir oyunçudur. Onun zamana ehtiyacı var.
- «Bakı»dan ayrıldıqdan sonra hələ heç bir klubla anlaşa bilməmisiniz.
- Müxtəlif ölkələrdən təkliflər gəlir. Onları dəyərləndirirəm.
- Azərbaycandan da təklif almısın?
- Yox.
- Sizi bir də nə vaxt hansısa bir klubun baş məşqçisi kimi görəcəyik?
- Əgər mənim şərtlərimi yerinə yetirən bir klub olsa, o zaman qəti qərar verəcəyəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi