"Düşünülən nə var idisə, komandamız onu meydanda nümayiş etdirməyə çalışdı. Bilirdik ki, müəyyən çətinliklər olacaq. Çünki heyət hələ formalaşmaqdadır".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının ilk turunda "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, səfərdə qeydə alınan 2:2 hesablı bərabərliyi belə şərh edib: "Bəzi oyunçular bir həftədir bizə qoşulublar. Onların fəlsəfəmizə uyğunlaşması bir az vaxt aparacaq. Komandaya inamım çoxdur, gələcək oyunlarda da öz məzmunlu oyunu ilə azarkeşləri sevindirməyə çalışacaq. Qapıçının oyunundan razıyam. Onun oyununu inamsız adlandırmazdım. Çıxışlarda da yaxşı idi, müdafiəni idarə etməkdə də. Onun artırmaq üçün potensialı da var”.
Baxşıyev komandaya yeni hücumçunun qoşula biləcəyini də qeyd edib: “Komanda yeni olduğundan bəzi komponentlərin üzərində çalışırıq. Penalti zərbəsi zamanı bir neçə oyunçunun topu götürmək arzusunda olması hücuma meylli futbolçuların qol vurmaq istəyindən xəbər verir. Bunu müsbət qarşılayıram. Rəhbərlik qarşımıza ilk növbədə komandanı formalaşdırmaq vəzifəsi qoyub. Hücum xəttinə yeni futbolçu düşünürük. Ön xətdə sıxıntı da var, maraqlandığımız oyunçu da. Hələ rəsmi razılıq əldə etməmişik. Bu ildən U-19-un gələcək vəd edən futbolçuları da bizimlədir. Onlar akademiyamızın potensiala malik yetirmələridir. Qarşıdakı görüşlərdə bu futbolçuları da meydanda görə bilərik.
Asif Məmmədovun mikrozədəsi var. Ona görə çalışdıq ki, futbolçumuzu qoruyaq. “Neftçi”dən daha çox öz komandamıza nəzər yetiririk. Rəqibdən asılı olmayaraq dominant futbol oynamağa çalışırıq. Bu gün təəccüblü bir şey olmadı, komandanı belə oyuna hazırlamışdıq. Rəqibin üstün və zəif cəhətlərini bilir və bundan yararlanmağı planlaşdırırdıq. Oyunçular bunun öhdəsindən gəlirdi”.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu
"Turan Tovuz" nə vaxt öz meydanına qayıdır?
1-ci liqada hakim təyinatları açıqlandı
"Hədəfimiz yenə də çempionluqdur" - Ehtiram Quliyev
"Kolumbus Kryu"nun sabiq futbolçularına ömürlük cəza
FİFA prezidenti DÇ-2026-dakı favoritini açıqladı
Slot "Qalatasaray"la bugünkü oyun haqda
"Turan Tovuz"un qapıçısından əla göstərici: 778-ə çatdı
PSJ Yamal üçün ağlasığmaz məbləğ təklif edib
"Turan Tovuz" üçün xüsusi qələbə
Tarixin 70-cisi
"Araz-Naxçıvan"ın 20-ci böyükhesablı məğlubiyyəti
Zamiq oynadı, komandası əzmkar qələbə qazandı
Xab Alonso "Liverpul"un baş məşqçisi ola bilər