"Çempionatın açılış oyunu idi. Bundan artığını gözləmirdik".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 1-ci turunda evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
O, son günlər komandada nikbinliyin çatışmadığını bildirib: "Dörd gün sonra vacib matça çıxacağıq. Uşaqlar əllərindən gələni etdilər. Bəzilərinə həddindən artıq yük düşür. Amma bunun qarşısını ala bilmirik. Yaranmış vəziyyətlə bağlı nikbinliyimizi də itirmişik. Konfrans Liqasında İsrailin "Makkabi" klubuna qarşı yaxşı oynamaq niyyətindəyik. Oyunçular sağ olsun, bu gün əllərindən gələni etdilər".
43 yaşlı mütəxəssis komandasının səhvlərə çox yol verməsini belə izah edib: "Makkabi" ilə oyunun necə olacağını heç kim bilmir. Meydandakı bəzi səhvləri yorğunluqla da əlaqələndirmək olar. Hazırlığımız da o səviyyədə deyil. "Makkabi" HİK və "Qəbələ" deyil. Heç kim bu ifadədən inciməsin. Bu səhvlər olmamalıdır. Futbolda belə hallar baş verir. Çalışacağıq ki, növbəti qarşılaşmalarda bunlar yaşanmasın. Eyni oyunçularla müdafiə olunanda səhvlər də qaçılmazdır".
S.Abasov futbolçuların durumu ilə bağlı deyib: "Bu gün Emin Mahmudov yorğun vəziyyətdə oynadı. Sabir Buqrində hərarət var idi. Vəziyyəti çox pis oldu. Səbəblər məlumdur. Məndən yaxşı bilirsiniz. Üzüldüyümüz məqam odur ki, HİK-lə oyundan sonra bəzi oyunçularımızın üstünə düşdülər. Bunlar hazırkı dönəmdə haqsızlıq idi. Hər şeyə vicdanla qiymət verənlər başa düşür ki, biz əlimizdən gələni etməyə çalışırıq".
S.Abasov Türkiyənin "Bursaspor" klubu ilə müqavilə imzalayan Namiq Ələskərov haqda da danışıb: "Əsas heyətdə yer alan futbolçunun bu durumda getməyi bizə böyük zərbə oldu. "Neftçi" klubu heç kimi itirmir. Bu Namiq Ələskərov və Samir Abasov ola bilər. Buradan gedənlər "Neftçi"ni itirdi deyə dərd etməlidir. Gedənlər fikirləşməlidir ki, bu cür komandanı itirdim. Bu gediş aylarla davam edən proses idi. Oyunçu qərar verdi və getdi. HİK-lə səfər oyunundan əvvəl yaxınlaşdı və dedi ki, getmək istəyirəm. Biz də dedik ki, qərar vermisənsə, çıx get".
Abasov uğursuz nəticələrin fonunda zərbənin 100 faiz baş məşqçiyə dəyəcəyini də etiraf edib: "Daim belə şeylər olur. Birinci dəfə deyil".
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu
"Turan Tovuz" nə vaxt öz meydanına qayıdır?
1-ci liqada hakim təyinatları açıqlandı
"Hədəfimiz yenə də çempionluqdur" - Ehtiram Quliyev
"Kolumbus Kryu"nun sabiq futbolçularına ömürlük cəza
FİFA prezidenti DÇ-2026-dakı favoritini açıqladı
Slot "Qalatasaray"la bugünkü oyun haqda
"Turan Tovuz"un qapıçısından əla göstərici: 778-ə çatdı
PSJ Yamal üçün ağlasığmaz məbləğ təklif edib
"Turan Tovuz" üçün xüsusi qələbə
Tarixin 70-cisi
"Araz-Naxçıvan"ın 20-ci böyükhesablı məğlubiyyəti
Zamiq oynadı, komandası əzmkar qələbə qazandı
Xab Alonso "Liverpul"un baş məşqçisi ola bilər