"İlk növbədə özümü, futbolçularımı, futbol camiəsini yeni mövsümün başlaması münasibətilə təbrik edirəm".
Qol.az apasport.az saytına istinadən xəbər verir ki. bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Qarabağ"la keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.
- İlk dəqiqələrdən futbolçular gərgin başladılar. Matçın tempi yüksək idi. Gözləmədiyimiz qol buraxdıq. Ondan sonra futbolçuların reaksiyası xoşuma gəldi. Bərabərlik qolunu da vurduq. Komandamın 60-65 dəqiqədən sonra yorulacağını gözləyirdim. Belə də oldu. Ancaq sona qədər nəticəni qoruya bildik. Futbolçular sona qədər xarakter göstərdilər. İlk turda məğlub olmamaq çox önəmli idi. Rəqib də "Qarabağ" idi".
- "Zirə"nin bu mövsümdəki hədəfi nədir?
- 8 komandalı çempionatdır. Hamı qəlbində avrokuboklara qatılmaq istəyər. Biz də yarış içindəyiksə, bir hədəfimiz olmalıdır. Amma 2-ci yeri tutmaq və ya kuboku qazanmaq kimi konkret hədəfimiz yoxdur. Avrokuboklara vəsiqə qazansaq belə, ora hazır olmaq çox önəmlidir. Şəxsən mən çempion olmaq və ya 2-3-cü yeri tutmaq istəyirəm. Niyə də olmasın? Amma bu gün "Qarabağ" və "Neftçi" hər kəsi qabaqlayır. Ən azı Konfrans Liqasına vəsiqə verən yer tutmaq istəyirik. Rəhbərliyimiz də, mən də bunu istəyirəm. 3-4 futbolçu var ki, hələ də düşünürük. Bir oyunçu ilə hətta faks vasitəsilə müqavilə də bağlamışıq. Daha 3 transfer planımız var. Bəzi gəncləri heyətə dəvət etmişik, onların üzərində işləyirik.
- Hakimliklə bağlı müəyyən problemlər gördük. Vurduğunuz qol sayılmadı, sizə sarı vərəqə verildi. Bunları ilk turun həyəcanı ilə bağlayırsız, yoxsa təzyiq hiss edirsiz?
- Keçən mövsüm də bunlarla qarşılaşmışdıq. İkinci qol sayılsaydı, bəlkə də qalib gələrdik. 21-ci əsrdir, dərhal telefona gəlir, baxdıq ki, ofsayd yox idi. Futbolumuzu çirkinləşdirmək istəmirəm, hakimliklə bağlı danışmaq istəmirəm. Mən oynadığım vaxt əvəzetmə zamanı oyunçu mövqeyinə çatmamış oyun bərpa edilmirdi. Amma bu gün belə olmadı, Zubir az qala qol vuracaqdı. Bu gün 1 xaldan razıyam. Hakimlik haqda da danışmaq istəmirəm.
- Ağabala Ramazanov milliyə dəvət almadığı üçün mənəvi təsir alıb?
- Uzun müddət millidən oynamış futbolçu üçün çağrılmamaq çox ağırdır. Mənim özümdə də belə olub. Ağabalada zədələr də oldu. Üstəlik, ən yaxşı forma yığdığı vaxt koronavirusa da yoluxdu. Ağabala aparıcı oyunçumuzdur. Heç bir futbolçumuz optimal formada deyil. Yavaş-yavaş bunlar düzələcək.
- Gözlədiyiniz 3 futbolçu gəlməsə, heyətinizi kasad saymaq olar?
- Hər bir məşqçi heyətinin geniş olmasını istəyir. Amma alınmasa, şikayət etməyəcəm. Əvəzedicidən, divizion komandalarından oyunçular dəvət edirik. Bəzi oyunçuları 3 il əvvəl tanıyıram, bəzilərini kubokda izləyib bəyənmişəm. Əvəzedici heyətlə təcrübəlilərin vəhdətini yaratmaqla, gənclərin perspektivinin artmasına çalışırıq. Heyətin geniş olması önəmlidir. Stoilovu bu gün oynatmamalı idim, fiziki cəhətdən hazır deyildi. Ancaq məcburiyyətdən meydana buraxdım. Volkov hazır deyildi, ancaq rəqibə uyğun meydana buraxdım. Bir çox komanda transferlə bağlı problem yaşayır. Rəhbərliyə təşəkkür edirəm, bizə şərait yaradır. Ancaq transferi tapmaq-tapmamaq bizdən qaynaqlanır.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu
"Turan Tovuz" nə vaxt öz meydanına qayıdır?
1-ci liqada hakim təyinatları açıqlandı
"Hədəfimiz yenə də çempionluqdur" - Ehtiram Quliyev
"Kolumbus Kryu"nun sabiq futbolçularına ömürlük cəza
FİFA prezidenti DÇ-2026-dakı favoritini açıqladı
Slot "Qalatasaray"la bugünkü oyun haqda
"Turan Tovuz"un qapıçısından əla göstərici: 778-ə çatdı
PSJ Yamal üçün ağlasığmaz məbləğ təklif edib
"Turan Tovuz" üçün xüsusi qələbə
Tarixin 70-cisi
"Araz-Naxçıvan"ın 20-ci böyükhesablı məğlubiyyəti
Zamiq oynadı, komandası əzmkar qələbə qazandı
Xab Alonso "Liverpul"un baş məşqçisi ola bilər