AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan və Türkiyə milli komandaları arasındakı «Avro-2012»nin seçmə matçı ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Azərbaycan millisi Almaniyaya 1:6, Avstriyaya 0:3 hesablı məğlubiyyətdən sonra güclü Türkiyə komandasına qalib gəldi. Bu qələbə şəxsən sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Biz inanırdıq ki, Avropa çempionatının seçmə mərhələsindəki ilk ev oyununda milli komandamız azarkeşləri məyus etməyəcək və bu inamımız özünü doğrultdu.
- Matçdan əvvəl Türkiyənin Azərbaycana asanlıqla qalib gələcəyi haqda proqnozlar səslənirdi. Amma oyunun özü bu proqnozları alt-üst etdi. Sizin fikrinizcə, bu qələbə Azərbaycan futbolunun dünyadakı reklamı baxımından nə qədər rol oynadı?
- Bu qələbə AFFA tərəfindən futbolun inkişafı ilə bağlı düzgün yol, strategiya seçildiyini göstərdi. Millimiz, hətta çox güclü komandalara qarşı da futbol oynamağı bacardığını bütün dünyaya sübut etdi. Unutmaq lazım deyil ki, Azərbaycan futbolu hazırda inkişaf dövründədir. Qarşıda hələ qət olunası xeyli yol, həyata keçiriləsi bir çox layihə var. Belə bir zamanda millimizin Türkiyə yığmasını məğlub etməsi dünya futbol ictimaiyyətində Azərbaycan futbolunun müsbət mənada reklamı oldu.
- Azərbaycanlı futbolçuların Türkiyə millisinə qarşı oyunlara xüsusi hazırlaşdığı, başqa sözlə, məhz qardaş ölkənin komandasıyla oyunlarda özlərini daha yaxşı tərəfdən göstərməsi fikrinə münasibətiniz necədir?
- Yaddan çıxarmaq lazım deyil ki, bu, rəsmi oyun idi. Futbolçularımız nəinki Türkiyə yığmasına, eyni zamanda Almaniya və Avstriya komandalarına qarşı keçirdikləri oyunlara da çox ciddi hazırlaşmışdılar. Nəticələrə gəlincə, heç kimə sirr deyil ki, Almaniya yığması çox güclü komandadır və son illər növbəti yüksəliş dövrünü yaşayır. Belə bir komandaya qarşı oynamaq - ələlxüsus onların meydanında - həqiqətən də çox çətindir. Avstriya yığması ilə qarşılaşmada isə nədənsə, futbolçularımızın oyunu alınmadı. Futbolda bəzən belə hallara rast gəlinir. Türkiyə millisi ilə oyunda komandamıza əsas stimul verən doğma meydan amili idi və stadionun tribunaları tam olaraq dolmuşdu. Sözsüz ki, futbolçularımız qardaş ölkənin millisinə qarşı oynadıqlarını yaxşı anlayırdılar. Buna görə də, bütün etik normalara, «Fair Play» qaydalarına əməl etməyə çalışırdılar və mənə elə gəlir ki, bunu bacardılar. Konkret oyuna gəlincə, meydanda iki tərəf mübarizə aparır və qalib gəlməyi arzulayır. Düşünürəm ki, qazandığımız qələbəyə görə sevinməliyik. Çünki bu, futbolumuzda inkişaf olmasının göstəricisidir. Bir anlıq təsəvvür edək ki, millimiz Türkiyə yığmasına məğlub olub. Bu halda, Türkiyə mətbuatı milli komandalarını qardaş ölkənin yığmasına qalib gəldiklərinə görə ittiham edərdimi? Fikrimcə, futbol meydanında əldə olunan nəticələr bizim Türkiyə ilə qardaş münasibətlərimizə xələl gətirə bilməz. Qarşıdakı oyunlarda da, xüsusən ev qarşılaşmalarında azarkeşlərimizi sevindirməyə çalışacağıq.
- Sizin dünyanın bir sıra futbol qurumları ilə sıx əlaqələriniz var. Millimizin Türkiyə üzərindəki qələbəsi beynəlxalq futbol qurumlarında necə qarşılanıb?
- Mətbuatda bu qələbəni sürpriz kimi qələmə verənlər də çoxdur. Amma oyundan əvvəl bir çox mütəxəssislər Azərbaycan millisinin ev oyunlarında yaxşı çıxış etdiyini, Türkiyə yığmasının Bakıda ciddi çətinliklərlə üzləşəcəyini bildirmişdi. Bu oyunun nəticəsinə dünyanın bir çox nüfuzlu mətbu orqanları biganə qalmayıb. Eyni zamanda, nəinki UEFA-nın, hətta FİFA-nın da rəsmi saytı millimizin Türkiyə yığması üzərində qələbəsini xüsusi vurğulayıb.
- Yəqin ki, Türkiyə üzərindəki qələbə futbolçuların özünəinamını daha da artırıb. Bu mənada, qarşıdakı rəsmi oyunlarda AFFA rəhbərliyi komandamızdan hansı nəticə gözləyir? Baş məşqçi Berti Foqtsun qarşısında konkret neçə xal toplamaq vəzifəsi qoyulub?
- Dəfələrlə bunu qeyd etmişik ki, AFFA rəhbərliyi konkret xal toplamaqla baş məşqçinin qarşısına öhdəlik qoymayıb. Əsas məqsədimiz millidə gəncləşdirmə siyasətinin davam etdirilməsi, təcrübəli futbolçuların gənclərə öz tövsiyələrini verməsinə şərait yaradılması və təcrübəlilərlə gənclərin vəhdətinin yaradılmasıdır. Təəssüf ki, bir neçə gənc futbolçumuz millinin son oyunlarında iştirak edə bilmədi. Əfran İsmayılov və Maksim Medvedyev zədəli olduqları üçün, Amit Quluzadə U-19-un heyətində Avropa çempionatının seçmə mərhələsində iştirak etdiyinə görə millidən kənarda qaldı. Araz Abdullayev isə, adı 18-lik nəfərlik heyətə daxil edilsə də, ehtiyatda qaldı. Hazırda millidə orta yaş həddi 23-dür. Yəni məşqçilər korpusu öz işini müqaviləyə uyğun olaraq həyata keçirir.
- «Avro-2012»nin ilk iki oyunundakı məğlubiyyətdən sonra bəzi media orqanları baş məşqçi Berti Foqtsun istefa məsələsini yenə gündəmə gətirdi. Türkiyə üzərindəki qələbədən sonra AFFA rəhbərliyinin Berti Foqtsla bağlı mövqeyi necədir? Ötən seçmə mərhələdəki nəticələrdən daha çox xal toplayarsaq, Foqtsla bağlı qərarınız nə olacaq?
- Bildiyiniz kimi, Berti Foqtsun AFFA ilə 2011-ci ilin sonuna qədər müqaviləsi var. Əgər hansısa mətbu orqanda onun istefaya göndəriləcəyi ilə bağlı məlumat dərc olunubsa, bu, həqiqəti əks etdirmir. Çünki Berti Foqtsun istefaya göndərilməsi heç zaman gündəmdə olmayıb. Onun millimizdəki gələcək fəaliyyəti ilə bağlı cari seçmə mərhələnin sonunda AFFA rəhbərliyi və İcraiyyə Komitəsi birgə müzakirə apararaq qərar qəbul edəcək.
- Türkiyə televiziyaları və mətbuatında, konkret olaraq, «Hürriyyət» qəzetində bu ölkənin komandası üzərindəki qələbəyə görə milli komandamıza mükafat olaraq 420 min dollar verilməsi haqda xəbər yayılıb. Bu məlumat həqiqəti nə dərəcədə əks etdirir?
- Mən bu məlumata ilk dəfə «Hürriyyət» qəzetində rast gəldim və bildirirəm ki, bu, yanlış informasiyadır.
- Son olaraq, mövzudan bir qədər kənar olsa da, bilmək istərdik. Bəzi klublar açıq və gizli şəkildə milli üçün təlim-məşq toplanışlarının çoxluğundan şikayətlənir. Sizin bu məsələylə bağlı fikirləriniz necədir?
- Bu məsələ AFFA rəhbərliyi ilə klub rəhbərləri arasında, eləcə də millinin baş məşqçisi Berti Foqtsla klub məşqçilərinin fərdi görüşlərində müzakirə olunub və heç bir fikir ayrılığına rast gəlinməyib. Bundan əlavə, ötən mövsüm olduğu kimi, bu mövsüm də millinin hazırlıq planı əvvəlcədən hazırlanaraq Peşəkar Futbol Liqasına təqdim edilib və Premyer Liqanın təqvimi tərtib edilərkən bütün bunlar nəzərə alınıb.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi