Rüfət Dadaşov "Şalke"də - Rəsmi

Rüfət Dadaşov "Şalke"də - Rəsmi
ÖLKƏ FUTBOLU 12 Avqust 2021 / 18:25 9153
-  A +

Azərbaycanlı futbolçu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubundan ayrılıb.

Qol.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Almaniyada davam etdirəcək. O, "Şalke"nin 2-ci komandasında çıxış edəcək. Bu barədə 2-ci Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Lakin Rüfətlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, bir müddət millimizdə çıxış edən Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da oynayıb. O, son klubu "Finiks Rayzinq"lə MLS liqasında 15 qol vurub, 6 məhsuldar ötürmə edib.

 


Qarabağ FK
Son xəbərlər
topaz banner