"Neftçi" bəzi dəyişikliklər edəcək" - Toni Koskela

"Neftçi" bəzi dəyişikliklər edəcək" - Toni Koskela
ÖLKƏ FUTBOLU 12 Avqust 2021 / 10:30 2113
-  A +

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi HİK-in baş məşqçisi Toni Koskela təmsilçimizlə keçirəcəkləri cavab oyunu barədə danışıb.

Qol.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Bakıdakı qarşılaşmada (2:2) üstün tərəf olduqlarını vurğulayaraq bildirib:

"Düşünürəm ki, səfərdə yaxşı matç keçirdik və çətinliklərə baxmayaraq, oyunun idarəetməsini ələ almışdıq. İndi Finlandiyada oynadığımız üçün mütləq ev sahibi komandaya kimi çıxış etmək istəyirik. Daha intensiv hərəkət etməyə çalışacağıq. İlk matçda rəqib nadir hallarda qapımıza yaxınlaşırdı. Buna görə də yalnız uzaqdan zərbələr vurmaq imkanları vardı. Bütün bunlar cavab görüşündə nəzərə alınmalıdır".

Koskela Bakı klubunun heyətində güclü oyunçular olduğunu vurğulayıb:

"Neftçi"nin güclü tərəfləri, yarımmüdafiə xəttində yüksək səviyyəli futbolçuları, təkbətək mübarizədə çox yaxşı oynaya biləcək hücumçusu var. "Neftçi" yəqin ki, bəzi dəyişikliklər edəcək. Amma heyətin əhəmiyyətli dərəcədə dəyişəcəyi ehtimalı yoxdur. Mamadu Kaneni xüsusi fərqləndirərdim. İndi ən vacib şey sabah yaxşı çıxış etməkdir".

Qeyd edək ki, bu gün keçiriləcək HİK - "Neftçi" görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner