"Düşünürəm ki, iki fərqli üslubda oynayan komandalar sabah yenə üz-üzə gələcək. Biz topla oynamağı və oyun qurmağı sevirik".
Qol.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis rəqibin yaxşı pressinq edən kollektiv olduğunu bildirib: "HİK əks hücumlara yaxşı çıxan komandadır. Birinci matçda bunun şahidi olduq. Rəqib bizə ilk oyunda problemlər yaradıb. Sabah süni örtüklü meydanda oynayacağıq. Bunun bizim üçün nə qədər problem yaradacağını bilmirəm. Futbolçular özlərini yaxşı hiss edirlər. Komanda olaraq buraya niyə və hansı məqsədlər üçün gəldiyimizi bilirik. Yaxşı nəticə ilə qayıtmaq istəyirik".
Abasov artıq səfər qolu üstünlüyünün ləğv edildiyini söyləyib: "Bəlkə də Bakıdakı 2:2 hesablı nəticə bizə sərf etmir. Rəqibin baş məşqçi bunun onlar üçün sərfəli nəticə olduğunu söyləmişdi. Sabah hər şeyi sıfırdan başlayacağıq. Yaxşı nəticə qazanmaq üçün döyüşməliyik. Yaxşı motivasiya və əhval-ruhiyyə ilə oyuna hazırlaşmışıq".
Baş məşqçinin sözlərinə görə sabah çox şeyi həll edə bilərlər: "Bizim üzərimizdə təzyiq yoxdur. Oyunun çətinliyini başa düşürük. İnanıram ki, sabah hər şey yaxşı olacaq. Heç bir qayğımız yoxdur. Bu görüşdə çox şeyə aydınlıq gələcək. Bu gün ümumiyyətlə qayğıdan danışmaq istəmirəm. Bu heyətlə Yunanıstan "Olimpiakos"una və HİK-ə qarşı oynamışıq. Sabah bütün Azərbaycanı təmsil edəcəyik. Bakıya yaxşı nəticə üçün qayıtmaq istəyirik".
Abasov rəqibin təşkilatçılığı haqqında da danışıb: "Otelin qabağında meydança versəydilər, hər nə olursa olsun məğlubiyyət pis təsir edəcəkdi. Uyğunlaşmağa görə səfərə iki gün əvvəl gəlməyi planlaşdırırdıq. Onların bizim üçün etdikləri, bizim etdiklərimizin yanında heçə bərabərdir. Biz bütün rəqiblər üçün şərait yaratmışıq. Biz süni örtüklü meydanda məşq etmək istədik, amma bizə elə meydan vermədilər. İnanmıram ki, bu, oyuna təsir edəcək. Sabah bir məqsəd üçün oynamalıyıq. Kənar amilləri qırağa qoymaq lazımdır".
Qeyd edək ki, avqustun 12-də Helsinkidəki "Bolt Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar
Mbappe zədələndi
"İmişli" - "Sumqayıt": Heyətlər
"Real" ona qiymət qoydu
“Bütün Azərbaycan o komanda ilə fəxr edəcək” - Rui Jorje
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
Azərbaycanın 4 boksçusu dünya kubokunda yarımfinala yüksəldi
FİFA DÇ-2026-da İranı İtaliya ilə əvəzləcəkmi?
Azərbaycan güləşçisi üçün "qızıl" şansı
“Real” qələbəni belə əldən verdi - Video
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
“Napoli”dən darmadağın - Video
“Real” sonda qələbəni əldən verdi
“Başakşehir”dən 4 qollu qələbə - Video
Mahirin yoxluğunda “Kayzerslautern” uduzdu
“Məqsədim qızıl medal qazanmaq idi” - Jalə Əliyeva
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı