UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
ÖLKƏ FUTBOLU 9 Avqust 2021 / 10:00 2744
-  A +

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Qol.az xəbər verir ki, o, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu çərçivəsində keçirəcək "Fola Eş" (Lüksemburq) - "Linfild" (Şimali İrlandiya) matçını idarə edəcək.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşması Bakı vaxtı ilə 21:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner