"Barselona"nın yetirməsi "Sabah"da - Video

"Barselona"nın yetirməsi "Sabah"da -  Video
ÖLKƏ FUTBOLU 8 Avqust 2021 / 11:10 3827
-  A +

"Sabah" heyətini yeni oyunçu ilə gücləndirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı hücumçu Kristian Sebalyosu transfer edib. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sebalyos "Barselona" akademiyasının yetirməsidir. O, 2013-2015-ci illərdə "Tottenhem"in üzvü olsa da, London klubunda rəsmi oyunlara çıxmayıb. Sebalyos İngiltərənin “Çarlton” (2015/16), Portuqaliyanın “Aroka” (2013/14), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qatar” (2020/21) klublarında da çıxış edib.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner