"Komanda tam istədiyim səviyyədə deyil" - Rəşad Sadıqov

"Komanda tam istədiyim səviyyədə deyil" - Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 7 Avqust 2021 / 22:45 2504
-  A +

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"a qarşı keçirdikləri yoxlama matçı (0:1) haqqında danışıb.

Qol.az xəbər verir ki, 39 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında deyib:

"Maraqlı oyun oldu. Xüsusilə də ikinci hissə sürətli keçdi. Son yoxlama oyunumuz idi. Artıq 1 həftə sonra Premyer Liqanın ilk turunda "Qarabağ"la qarşılaşacağıq. Bəzi şeyləri sınaqdan keçirdik. Nə qədər hazır olduğumuzu çempionat oyunları göstərəcək. Hələ də komanda tam istədiyim səviyyədə deyil. Çalışacağıq ki, çempionat oyununa qədər tam hazır formaya yüksələk".

Qarabağ FK
Son xəbərlər
topaz banner