"Sabah"ın 2 futbolçusu Xorvatiyada

"Sabah"ın 2 futbolçusu Xorvatiyada
ÖLKƏ FUTBOLU 7 Avqust 2021 / 17:59 3823
-  A +

“Sabah”  və “Dinamo” Futbol Akademiyası arasında əməkdaşlıq davam edir.

Qol.az klubun saytına istinadən xəbər verir ki,  tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində U-17 və U-19 komandalarının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev “Dinamo” Futbol Akademiyasında təcrübə keçmək üçün Xorvatiyanın paytaxtı Zaqrebə yola düşüblər.
 
Millimizin də üzvü olan hər 2 futbolçu təcrübə proqramı əsasında Zaqreb təmsilçisinin müvafiq komandalarının heyətində məşqlərdə iştirak edəcək və oyunlara çıxacaqlar.
 
AFFA-nın dəstəyilə həyata keçirilən təcrübə proqramı avqustun 23-nə kimi davam edəcək. “Sabah” və “Dinamo” arasında əməkdaşlıq müqaviləsinə əsasən, gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, tərəflər arasında əməkdaşlıq haqqında müqavilə 2019-cu ilin yayında bağlanıb və iki klubun futbol akademiyalarının təcrübə mübadiləsini nəzərdə tutur. Lakin bir müddətdi COVİD-19 pandemiyası ilə bağlı bu əməkdaşlığın həyata keçirilməsi istiqamətində müəyyən durğunluq yaranmışdı.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner