"Oyunun sonunda belə halın yaşanmasını istəməzdik. Məsələyə UEFA baxacaq. Nə qərar verəcək, bu, qurumun üzərinə düşür. Belə hal nə rəqib komanda, nə də bizim üçün xoşdur. Ümumən, idmançılarıq, meydanda öz işimizlə məşğul olmağa çalışmalıyıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri ilk oyunda yaşananlar haqqında danışarkən deyib.
O bildirib ki, bəzən elə hallar olur ki, hamısı reaksiya verir: "Çünki kənardan tanımadığımız kimlərsə bu cür hərəkətlərə yol verirlər. Dəfələrlə bizə qarşı belə təxribatlar olub. Hər zaman öz mədəniyyətimizi göstərmişik. Çünki Azərbaycanı təmsil edirik. Maksimum səbrli olmalıyıq. Heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, özümüzü idman prinsiplərinə uyğun aparmağa çalışırıq".
Qurbanov deyib ki, dünya futbolunda da belə hallar çox olub: "Bəlkə də futbolun gözəlliyi və özəlliyidir. Amma hər bir halda heç kim istəməz ki, bunlar baş versin. Çünki nəticə heç də yaxşı olmur. Öz əxlaqımızı qoruyub saxlamağa çalışırıq. UEFA nümayəndəsi ilə danışdıq, o da davranışımıza görə bizə təşəkkür etdi. Azarkeşlər həddindən artıq aqressiv idilər, futbolçularımıza yad əşya atırdılar. Vurdular, birinin başına, birinin qoluna dəydi. Əlbəttə, belə şey bizə təsir etməz. O da bunu görürdü. Mən maksimum çalışırdım ki, futbolçuları sakitləşdirim. Ancaq özüm də bir qədər aqressivləşdim. Bakıda yenə idman prinsiplərini qoruyub saxlamağa çalışacağıq. İşimiz özümüzü meydanda doğru-düzgün idarə etmək və yaxşı nəticə qazanmaqdır".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı