"Qəbələ" braziliyalı müdafiəçi transfer etdi

"Qəbələ" braziliyalı müdafiəçi transfer etdi
ÖLKƏ FUTBOLU 5 Avqust 2021 / 15:02 2473
-  A +

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Qol.az xəbər verir ki, "qırmızı-qaralar” braziliyalı müdafiəçi Ruan Renato ilə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı arxa xətt oyunçusunun son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub.

Renato daha öncə vətənində “Santa Rita” (2015), “Quaratinqueta” (2015-18), “Yuventud” (2016-17, icarə əsasında), “Vitoriya” (2018-20), “Fiqueyrense” (2019, icarə əsasında), “Botafoqo” (2020, icarə əsasında), həmçinin Avstriyanın “Austriya” (2017-18, icarə əsasında) klublarında da çıxış edib.

Xatırladaq ki, “Qəbələ” Renatoya qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev, Kristof Atanqana-Assimba və İsnik Alimini heyətinə qatıb.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner